Bazar ertəsi, 08 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

“İnanmıram Etibar Məmmədov mənimlə o tonda danışmış olsun...” – Pənah Hüseyn

Pənah Hüseyn Vilayət Quliyevə cavab verdi...

Azərbaycanın keçmiş Xarici işlər naziri, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucularından olan Vilayət Quliyevin bu partiyanın təsis qurultayı haqda paylaşımı cəmiyyətdə maraqla qarşılanıb.

V.Quliyev paylaşımında bildirib ki, AMİP-in təsis qurultayında o vaxtkı dövlət katibi Pənah Hüseynov da iştirak edib, Prezident Elçibəyin təbrikini oxuyub. Nahar fasiləsində isə onunla AMİP sədri Etibar Məmmədov arasında maraqlı bir dialoq olub.

V.Quliyev yazır:

“Fasilədə direktorun otağında qurultayın rəhbər heyəti üçün nahar süfrəsi açılmışdı. Təbii ki, ofisiantlar həm qonaq, həm də vəzifəli şəxs kimi P.Hüseynovun ətrafında fırlanırdılar. Akademiyadan yaxşı tanıdığım Pənah, bəlkə də, ömründə ilk bahalı kostyumunu geymiş, dəbdə olan qalstuk taxmışdı. Amma qətiyyən iddialı görünmürdü, əksinə özünü çox sadə və səmimi aparırdı.

Görünür, şəxsinə göstərilən diqqətdən təsirlənən Pənah birdən dayandı, üzünü AMİP liderinə tutub:

- Ə, Etibar, ə, bu hakimiyyət nə gözəl şeymiş, ə!- dedi. – Sən öl, o kreslolarda elə oturmuşuq ki, heç bir qüvvə bizi ordan qoparda bilməz! Heç svarkaynan da kəsib ayıra bilməzlər.

Etibar da hazırcavablıq nümunəsi göstərdi:

- Qorxma, dedi. – Sizi heç kəs kreslodan dartıb qoparmayacaq. Elə kresloqarışıq atacaqlar bayıra!”

V.Quliyevin bu paylaşımı ilə bağlı “Yenisabah.az” saytına danışan Pənah Hüseyn deyib ki, belə bir dialoqun olduğunu xatırlamır:

“Mən, sözün açığı AMİP-in təsis qurultayında iştirakımı xatırlamıram. Guya AMİP sədrinə üzümü tutub məni kreslodan heç kimin qoparda bilməyəcəyini demişəm. Unutmayaq ki, bütün hökumət kresloları əbədidir, sadəcə oturanlar dəyişir və mən bunu vəzifədə olanda da çox yaxşı bilirdim, indi də bilirəm. Bu yazılanlar şişirdilib. Çünki mənim leksikonumda o formada sözlər ümumiyyətlə yoxdur, olmayıb da.

Vilayət müəllimin hazırda neçə yaşı olduğunu bilmirəm, amma qurultayda baş verənləri dəqiq xatırlamış olmasına inanmıram. Mən Vilayət müəllimi yaxşı adam kimi tanıyıram, yaxşı yazar olduğunu bilirəm, amma görünür çox bədii əsərlər yazdığına görə məsələni şişirdərək bədiiləşdirib”.

Pənah Hüseyn AMİP sədri Etibar Məmmədovun ona xitab edərək “Sizi heç kəs kreslodan dartıb qoparmayacaq. Elə kresloqarışıq atacaqlar bayıra!” deməsi haqda iddiaya da münasibət bildirərək, AMİP sədrinin ona vəzifədə olduğu vaxt elə söz deməsinin mümkün olmadığını dilə gətirib: “Qəti! Mən inanmıram Etibar Məmmədov vəzifədə olduğum o illərdə mənimlə o tonda danışmış olsun. İfadə həddindən artıq bayağı səsləndiyi üçün AMİP sədrinin insanlar arasında mənə elə bir şey demiş olmasına inanmıram.

Düzdür, bir daha deyirəm, qurultayda baş verənlər yadıma gəlmir, amma aramızda hər hansı buna oxşar dialoq olubsa da, yazılanlar kimi olması mümkün deyil. Ola bilsin, Vilayət Quliyev o qədər bədii yazılar yazır ki, hadisələri də bədiiləşdirməyi çox sevir”. (AzPolitika)

pia.az

 


Etiket:


Digərxəbərlər

Qriqoryandan yeni müharibə anonsu – Ermənistan istəməsə “Laçın dəhlizi”nin marşurutu dəyişməyəcək?..

Əbülfəz Məlikov DGK sədri olmaq istəyir?

Populyar xəbərlər

“Broker” Əbülfəz Məlikov həbs olunub? - Yenilənib

Ermənilər Laçını tərk etməyə başladı - Video

Səfirliyimizə hücum edənlər kimlərdir və ya Şirazilər haqqında bilməli olduqlarımız

Putin Ərdoğanla niyə görüşüb? - "The Guardian" nəşri

İlham Əliyev və Paşinyan Brüsseldə görüşəcək

Rusiya iqtisadiyyatı iflas ərəfəsində: 5 ay ərzində ölkəni 500 min insan tərk edib

Qəbələdə xüsusi laboratoriyada narkotik hazırlayan şəxs saxlanılıb

Niyə xaricə yaşamağa gedəndə Ərəbistanı, İranı, İordaniyanı, Livanı, Liviyanı seçmirik?

Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib - Foto

Bakıda sürücülər etiraz aksiyası keçirdi - Video

Ukraynanın üçüncü gəmisi İstanbul sahillərində lövbər salıb

Ən çox oxunanalar