Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnam Kərimovun aqrar islahatları doğru istiqamətdədir? – Ekspert rəyi

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov: “Qeyri-peşəkar nazirin vəzifəyə gətirilməsinin səbəbi odur ki, həmin sahəni oliqarxlar idarə etsin”

“Nazirliyin islahatlar adı ilə atdığı addımlar heyvanların baş sayının azalmasına, ət və süd istehsalının zəifləməsinə, ümumilikdə bazarda qiymət və idxal artımına səbəb olacaq”.

Bu sözləri kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov ölkədə aqrar sahəsinin vəziyyətini şərh edərkən PİA.AZ-a müsahibəsində qeyd edib.

Məlumdur ki, aqrar sahə iqtisadiyyatın prioritet istiqamətlərindən biri hesab olunur. Kənd təsərrüfatında məhsul istehsalını artırmaq, idxaldan asılılığı azaltmaq aparılan iqtisadi siyasətin vacib hissəsinə çevrilib. Amma təəssüflə qeyd etməliyik ki, ölkə iqtisadiyyatında bu sahədə yetərincə problemlər var. Zaman-zaman nöqsanların aradan qaldırılması üçün müəyyən addımlar atılsa da, heç bir müsbət təsiri nəzərə çarpmır. Ötən həftə isə bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyində aqrar sahədə ixtisaslaşmış böyük şirkətlərin iştirakı ilə toplantı keçirilib. “Azərsun Holding”, “Pasha Holding”, “Gilan Holding”, “CTC Holding”, “AS Group İnvestment”, “Modern Group”, “Agrarco”, “AzProtein Foods Group” və “Səba Qrup”un rəhbər şəxslərinin iştirakı ilə keçirilən toplantıda çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov ölkədə aqrar islahatların davam etdiyini qeyd edib. Bununla yanaşı, sözügedən şirkətlərin təmsilçiləri aqrar sektorun inkişaf istiqamətlərini müzakirə ediblər və nəticədə Aqrar Məşvərət Şurasının yaradılmasını təklif edilib. Təklif qəbul edilib və Aqrar Məşvərət Şurasının sədr vəzifəsinə iştirakçıların yekdil qərarı ilə “Azərsun Holding”in prezidenti Abdolbari Goozal seçilib.

Vahid Məhərrəmov: “İnam Kərimov daxil, ondan öncəki nazirlər də mövcud maliyyə resurslarını oliqarxların marağı üçün istiqamətləndirməyə çalışıblar”.

Aqrar Məşvərət Şurasının yaradılması isə cəmiyyətdə heç də birmənalı qarşılanmayıb. Bəzilərinə görə, sözü keçən şurada inhisarçı şirkətlər toplanıb və bu şirkətlərin aqrar sektorda olan inhisarçı mövqeyi daha da möhkəmlənəcək.

Kənd təsərrüfatı naziri İnam Kərimovun qərarı ilə yaradılan Aqrar Məşvərət Şurasının aqrar sahəyə təsirləri ilə bağlı PİA.AZ-ın əməkdaşı kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov ilə müsahibə hazırlayıb.

PİA.AZ həmin müsahibəni oxucularına təqdim edir:

-Vahid bəy, bildiyiniz kimi İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyinin nəzdində Aqrar Məşvərət Şurasının yaradılmasına dair qərar verib. İnam Kərimovun bu qərarı ilə bağlı nə deyə bilərsiniz?

Əslində İnam Kərimov daxil, ondan öncəki nazirlər də mövcud maliyyə resurslarını oliqarxların marağı üçün istiqamətləndirməyə çalışıblar. Son illərdə oliqarxlar dövlətə məxsus və ya bələdiyyə mülkiyyətində olan torpaqların təxminən 500 min hektar ərazini mənimsəyiblər. Hal-hazırda görülən işlərin səbəbi odur ki, dövlətdə müəyyən yer tutan oliqarxlar daha çox torpaq əldə etsinlər və bizneslərinə daxil olan xərclər dövlət hesabına həyata keçirilsin. Texniki, su və digər istehsalat vasitələri ilə təminat da dövlət hesabına başa gəlsin. Bu gün su, texnika oliqarxların hesabatına verilir. Builki taxıl biçimi mövsümündə kəndlilər kombaynlardan istifadə edə bilmədilər. Çünki həmin kombaynlar oliqarxlara məxsus ərazilərdə biçin həyata keçirdi. Kəndlilərin sahələri isə biçilməmiş qaldı. Bu gün minlərlə, on minlərlə hektar ərazilər biçilməmiş qalıb və məhsul götürülmür.

Bununla yanaşı, mineral gübrə ilə təminat da oliqarxlara məxsusdur. Əgər Kənd Təsərrüfatı Nazirliyi indi yeni institut yaradırsa, bu da oliqarxlara xidmət edəcək. Hal-hazırkı qeyri-peşəkar nazirin vəzifəyə gətirilməsinin səbəbi odur ki, həmin sahəni oliqarxlar idarə etsin. Oliqarxlara nə lazım olsa, indiki nazirdən asanlıqla əldə edə bilərlər. İndiki hakimiyyət çalışır ki, torpaq və əkin sahələrini öz əlində tam cəmləşdirsin. Onlar artıq buna nail olurlar.

Vahid Məhərrəmov: “Heyvandarlığın İnkişafına dair hazırlanan yeni Dövlət Proqramı heyvandarlığın inkişafına mənfi təsir edəcək”.

-Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlığın İnkişafına dair yeni Dövlət Proqramı da hazırlayır. Mətbuata verilən məlumata görə, proqramda Azərbaycanda örüş sahələri əkin sahələri kimi istifadə ediləcək və heyvanların örüşlərə çıxarılması məhdudlaşdırılacaq. Bu proqram barədə nə deyə bilərsiniz?

- Yeni dövlət proqramına əsasən, guya örüş sahələrinin məhsuldarlığını artırmaq üçün hansısa tədbirlər həyata keçiriləcək, orada formaya uyğun heyvanların otarılması təmin olunacaq. Əlbəttə ki, bu proqramla da oliqarxların maraq dairəsi nəzərə alınacaq. İş burasındadır ki, nazirlik öz funksiyasını yerinə yetirmir və yanlız oliqarxların maraqlarına xidmət edir.

- Bəs sizcə, örüş sahələrinə heyvanların buraxılmasının məhdudlaşdırılması və heyvanların əsasən qapalı şəraitdə saxlanılması heyvandarlığın inkişafına hansı müsbət, ya da mənfi təsirlər göstərə bilər?

Heyvandarlığın İnkişafına dair hazırlanan yeni Dövlət Proqramı heyvandarlığın inkişafına mənfi təsir edəcək. Ümumiyyətlə, heyvanları qapalı şəraitdə saxlamaq üçün xüsusi cins heyvanlar yetişdirilməlidir. Əslində Kənd Təsərrüfatı nazirinin işi apardığı siyasətlə kəndlilər və fermerlər üçün münbit şərait yaratmaqdan ibarət olmalıdır. Belə ki, onlar biznes fəaliyyətlərini özləri təyin etsinlər. İcarəyə götürdükləri örüş sahəsinə heyvanları çıxarmamaq və qapalı şəraitdə yemləməklə, nəyəsə nail olmaq mümkün deyil. Yəni, Kənd Təsərrüfatı naziri qadağaedici qərarlar qəbul edə bilməz. Belə hal dünyanın heç bir ölkəsində yoxdur. Dövlətin işi örüş sahələrini kəndilərin müqaviləsinə əsasən su ilə təmin etmək, məsləhətlərin verilməsi üçün institutlarla birgə fəaliyyət təşkil etmək və bazara çıxışı asanlaşdırmaqdan ibarət olmalıdır.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Əgər heyvanların qapalı şəraitdə otarılmasına ehtiyac varsa, bu sahədə təbliğat aparılmalıdır. Onlarla görüşüb istiqamət vermək lazımdır. Kəndlilərə qadağa qoymaq düzgün addım deyil. Bu, çox absurd qərardır. Bu addım ət və süd istehsalına ciddi təsir edəcək və istehsal azalacaq. Ona görə də bu işlə nazirlik yox, fermerlər məşğul olmalıdır.

Demək olar ki, bu günə qədər nazirliyin qarışdığı işlərin hamısı yarımçıq qalıb. Məsələn, nazirlik taxılçılığı inkişaf etdirmək istəyirdi. Bunu üçün proqram da hazırlanmışdı. Amma nəticəyə baxarsaq “ortada nə fal var, nə yumurta”. Hal-hazırda un istehsalı üçün buğda ölkəyə xaricdən gətirilir. Hətta toyuq və quş yemi də xaricdən gətirilir. Pambıqçılığın inkişafında da eyni vəziyyətdir. Fermerlər demək olar ki, pambıq əkini ilə artıq məşğul olmurlar. Pambıq əkinçiliyi ilə məşğul olanlar məmurlardır. Baramaçılığın inkişafına çalışdılar, amma bu sahə ilə artıq məktəbdə məşğul olurlar. Sinifləri boşalıb, orada baramaçılıqla məşğul olunur. Yəni, bu iş də büdcə təşkilatlarının öhdəsindədir.

Vahid Məhərrəmov: “Fermerlər demək olar ki, pambıq əkini ilə artıq məşğul olmurlar. Pambıq əkinçiliyi ilə məşğul olanlar məmurlardır”.

Əslində bu yanlış yoldur. Hətta Sovet dövründə belə bu kimi hallar mövcud olmayıb. Bu hal pis vəziyyətdə olan Azərbaycanın kənd təsərrüfatını daha da pisləşdirir. Şərait yaratmaq lazımdır ki, bu gün kəndlilər və fermerlər hansısa sahədə mövcud olan resurslar hesabına çalışsınlar, inkişafa nail olsunlar.

Bu il Azərbaycan kəndliləri kartof istehsal etdilər. Lakin indi kartoflar sahədə çürüyür. Üstünü samanla örtüblər və orada kartof güvəsi kartofları xarab edir. Bu gedişlə yaxın zamanlarda kartofun qiymətində çox ciddi artım müşahidə olunacaq. Çünki kartof istehsalının artmasına baxmayaraq, məhsulu saxlamaq üçün anbar və satmaq üçün bazar yoxdur. Həmçinin bu il kifayət qədər sarımsaq istehsal olundu və qiymət kəskin şəkildə aşağı düşdü. Ancaq bazara çıxarılan sarımsağın keyfiyyəti pisləşib. Ona görə ki, soyuducu anbarlar mövcud deyil. Azərbaycanlı fermerlərin bilgisinin də artırılmasına ehtiyac var. Bu amil də ümumi vəziyyətə müsbət təsir edə bilər.

-Vahid bəy, heyvandarlığın İnkişafına dair hazırlanan yeni Dövlət Proqramı ətin qiymətlərinə hansısa formada təsir edə bilərmi?

-Son 2 ildə 200 min başdan çox qoyun və keçinin sayı azalıb. Son iki ildə 35 min iribuynuzlu heyvanların baş sayında da azalma hiss olunub. Ona görə ki, bu heyvanların çıxarıldığı örüş sahələri kəndlilərin və fermerlərin əlindən alınıb və indi orada bitkiçiliklə məşğul olunur.

Bu baxımdan ətin qiymətində artım müşahidə olunur. Südün topdan-satış qiyməti 30 qəpikdən 80 qəpiyə, pərakəndə satış isə 80 qəpikdən 1.20 qəpiyə qalxıb. Digər tərəfdən, son iki ildə ölkəyə gətirilən heyvandarlıq məhsulları əvvəlki illərlə müqayisədə 100 milyon dollar artıb.

Nazirliyin atdığı qeyri-adekvat addımlar heyvanların baş sayının azalmasına, ət və süd istehsalının zəifləməsinə, ümumilikdə bazarda qiymət və idxal artımına səbəb olacaq. Bu isə heyvandarlığın yavaş-yavaş sıradan çıxarılmasına şərait yaradacaq.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar