Cümə axşamı, 18 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

İmzalanmış Siyasi Bəyannamə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatdırır

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkənin münasibətlərinin inkişafına yeni mərhələnin əsasını təşkil edir. Səfər çərçivəsində qarşılıqlı iqtisadi fəaliyyət, biznes strukturlarının əlaqələri, təhlükəsizlik, müdafiə qabiliyyəti ilə bağlı məsələlər, xarici siyasətlə bağlı təşəbbüslər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi və digər məsələlər barədə geniş müzakirələr aparıldı. İki dost, qardaş və tərəfdaş ölkə arasında qarşılıqlı fəaliyyətin bütün istiqamətləri üzrə aydın fikirlər, niyyətlər və planlar ifadə edildi, strateji yol xəritəsi müəyyənləşdirildi.
Dövlət başçılarının görüşü zamanı səsləndirilən fikirlər deməyə əsas verir ki, təxminən üç onillik ərzində mövcud olan diplomatik əlaqələrin yüksələn xətt üzrə inkişafı tərəfdaşlığın güclənməsini mümkün və təmin edib. Azərbaycan Prezidentinin Özbəkistana səfəri çərçivəsində 21 iyun 2022-ci il tarixində 20-yə yaxın sənədin, o cümlədən strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamənin imzalanması ilə münasibətlərdə keyfiyyətcə yeni mərhələnin əsası qoyuldu.

Strateji tərəfdaşlığın dərinləşdirilməsi ölkələrimizin qlobal arenada, beynəlxalq təşkilatlar səviyyəsində milli maraqlara dair bütün məsələlərdə bir-birini dəstəkləməsi baxımından da vacib və əhəmiyyətlidir. Ümumiyyətlə, Azərbaycan ilə Özbəkistanın Birləşmiş Millətlər Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində sıx əlaqələri mövcuddur. Daşkəndin Azərbaycanın ərazi bütövlüyünə qətiyyətli və birmənalı dəstəyi isə xüsusi qeyd edilməlidir. Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın azad edilməsi və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib. Həmin ilin noyabrında İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə isə Şavkat Mirziyoyev Özbəkistanın vəsaiti hesabına Füzulidə böyük məktəb inşa ediləcəyini bildirib. Artıq bu istiqamətdə işlərə başlanılıb.

Yeni mərhələdə Azərbaycan-Özbəkistan əməkdaşlığının genişləndirilməsi Türk dünyasında inteqrasiyanın sürətləndirilməsi və münasibətlərin sıxlaşdırılması baxımından da faydalıdır. Məlumdur ki, iki ölkə Türk dünyasında mühüm söz və nüfuz sahibidirlər, geniş təsir imkanlarına malikdirlər. Tərəflərin münasibətlərinin inkişafı təkcə iki ölkə üçün deyil, türkdilli ölkələrin mövcud olduğu coğrafiyada geosiyasi və geoiqtisadi təşkilatlanmanın gücləndirilməsi, yeni güc mərkəzinin yaradılması baxımından əhəmiyyətlidir. Daha dəqiq desək, Azərbaycan ilə Özbəkistanın töhfələri Türk Dövlətləri Təşkilatının mövqeyinin möhkəmlənməsi, təsir imkanlarının artırılması üçün olduqca önəmlidir. Xüsusilə də, 44 günlük müharibədə Qələbə qazanan Azərbaycanın geostrateji reallıqlar yaratması - yeni əməkdaşlıq imkanlarının, işbirliyi platformalarının reallaşdırılması Türk dünyası üçün də perspektivlərin yaranması deməkdir.

Nəqliyyat-kommunikasiya sahəsində layihələrin reallaşdırılması isə bu xüsusda önəmli siyasi, iqtisadi dividendlər vəd edir. Nəzərə almaq lazımdır ki, Azərbaycan bu günə qədər Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin icrasında fəal rol oynayıb. İndiki mərhələdə Azərbaycan Avrasiyada geniş coğrafiyanı əhatə edən, Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışır. Bu layihənin gerçəkləşdirilməsi ilə regionda əməkdaşlığa xidmət edən inteqrasiya prosesi güclənəcək. Bölgədə kommunikasiya xətlərinin bərpası, Zəngəzur dəhlizinin yaradılması, eyni zamanda, türkdilli ölkələr arasında çoxşaxəli münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi baxımından olduqca əhəmiyyətlidir. Cənab Prezidentin səfər zamanı tərəflər yeni dəhlizləri inkişaf etdirmək, multimodal daşımaları artırmaq, ölkələrimizin nəqliyyat müəssisələri üçün əlverişli şərait yaratmaq barədə razılığa gəliblər. Beləliklə, Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəlir.

Abbas Əliyev - Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri

pia.az


Etiket:


Digərxəbərlər

Ağdamın icra başçısının mədəni halı: Vaqif Həsənov daha bir şəhid bacısını edib... - Video

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

“Azərbaycanın bütün nazirləri cəm şəklində onun qədər əmlak talamadı” – Aslan İsmayılov

“Porno ulduz” məmur polkovnik rütbəsini necə almışdı? – Zaur Mirzəyevin karyerası...

Ərdoğanın Ukraynaya rəsmi səfəri başladı - Yenilənib, Video

Çempionlar Liqası: "Qarabağ" Çexiya klubu ilə heç-heçə edib

Prezidentin səmimi davranışı gündəm oldu - Video

Prezident və birinci xanım Müslüm Maqomayevin xatirəsinə həsr olunan gecədə iştirak edib - Yenilənib

Müəllim, direktor və müavinlərinin maaşlarına aylıq əlavələr müəyyən edilib

FHN-in polkovniki bu qədər qadınla münasibətdə olub - Şok rəqəm

Baxışı qadınları əridən, heç vaxt evlənməyən məşhurun ən böyük peşmanlığı...

Əmioğlular arasındakı mübahisə ölümlə nəticələnib

Ən çox oxunanalar