Çərşənbə axşamı, 28 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

İmtahanlarda az bal yığanlar "tələ"yə salınır - Fırıldaqçılar iş başında - Video

İnstagramda ''hacking_marks'' adlı xaker səhifəsi qəbul və buraxılış imtahanlarında az bal yığanlara "maraqlı" təkliflər edir.

Səhifədəki paylaşımda bildirilir ki, xüsusi xaker proqramı ilə az bal yığan abituriyentlərin balları sistemdə artırılır. 

Bu barədə ''Xəzər Xəbər''nin süjetində bildirilir ki, təkcə qəbul və buraxılış imtahanları deyil, MİQ, YÖS və dövlət qulluğuna qəbul imtahanlarında zəif nəticə göstərənlərin də pul qarşılğında balları artırılır.

Maraq üçün biz də həmin instagram səhifəsinə yazdıq. Bildirdilər ki, xidmət haqqı 100 manat təşkil edir. Üstəlik bizə başqa bir şəxsin ödədiyi qəbzi də atdılar. Qəbzdən aydın oldu ki, pul Səmədov Vüsal Namiq oğlu adlı şəxsin adına köçürülüb. Vüsalın həmin şəxs olduğunu soruşanda isə bildirildi ki, o, qrupun bir üzvüdür.  Onlar həmçinin ofislərinin olmadığını, bu səbəbdən də üzbəüz görüşün mümkünsüzlüyünü bildirdilər.

Təhsil eksperti Kamran Əsədov bildirdi ki, ballara hər hansı bir müdaxilə, hansısa proqram vasitəsilə balların artırılması mümkün deyil. O, həmçinin bu həssas dönəmdə xüsusilə az bal toplayan abituriyentlərin valideynlərinə diqqətli olmağı, övladlarını nəzarətdə saxlamağı tövsiyə etdi. Çünkü az bal yığan şəxslərin bu cür şirnikləndirici elanlara aldanma riski daha çoxdur.

Kamran Əsədov onu da bildirdi ki, xüsusilə belə şəxslərə kart şəkli və ya şəxsi məlumatları atmaq doğru deyil. Əks halda maddi və mənəvi ziyanla üzləşilə bilər.

Məsələyə Təhsil Nazirliyi və Dövlət İmtahan mərkəzi münasibət bildirmədi.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Rusiya MN-nin Dağlıq Qarabağla bağlı yeni xəritəsi nədən xəbər verir?

Hulusi Akar Rusiyanın razılaşmanı pozduğunu bəyan etdi: Hmeymim aviabazasına strateji bombardmançılar endi

Putin Rusiyanın əsas düşmənlərini açıqlayıb

Erməni xalqı yasda: Paşinyanın oğlu festivalda çaxır içir - Foto

Xüsüsi Təyinatlı Qüvvələrin komandanı Hikmət Mirzəyev veteranlarla görüşüb - Foto, Video

Binə ticarət mərkəzində özbaşınalıq: Ticarət Mərkəzinin ərazisi İrandan olan tacirlərə satılır?

İran bu tarixdə Azərbaycanla quru sərhədlərini açır

Prezident: Nəyə görə İran bunu 30 illik əsarət və işğala son verildikdən sonra edir?

Ata Abdullayev bu şəxsləri şantaj edib - Siyahı

Mais Bərxudarov Şuşanın Bayraq meydanında Azərbaycan bayrağı qaldırıb

Azərbaycan Prezidenti İran TIR-larının Qarabağa qanunsuz getməsinin qarşısının necə alındığını açıqlayıb

Ən çox oxunanalar