Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İmperalizm Afrika qitəsini viran qoymağa davam edir...

Çin kimi qitənin yeni tərəfdaşı olan ölkələr demokratiyanın inkişafına, normal idarəetmə standartlarına əhəmiyyət vermirlər və tarix boyu Afrikada müstəmləkəçilik etmiş qlobal aktyorlar öz maraqları naminə avtokrat liderləri dəstəkləməyə davam edirlər...

Yusuf Kenan Küçük
“The Independent” qəzeti, 28 sentyabr 2020-ci il

1990-cı illərdə Afrika qitəsinin bəzi ölkələrində çox partiyalı quruluşa keçilməsi və seçkilərin keçirilməyə başlanması demokratiya üçün ümid doğuran bir vəziyyət idi. Bu durum Afrika xalqlarının demokratikləşmə arzusunu və macəralarını ifadə edirdi.

Lakin digər tərəfdən, seçkilər azad və ədalətli şəkildə aparılmır. Üstəlik, qanunun aliliyi, cəmiyyəti təşkil edən bütün şəxslərin əsas hüquq və azadlıqlarının təminatı, məhkəmə müstəqilliyi və hesabatlılıq kimi demokratik prinsiplər ya yoxdur, ya da bu sahələrdə ciddi problemlər ortaya çıxır.

Buna baxmayaraq, Lesoto və Esvatini (əvvəlki Svazilend) xaricində Səhra-altı Afrikasındakı 49 ölkənin hamısı ən azından rəsmi olaraq konstitusiya demokratiyası sayılır. Buraya 1993-cü ildə müstəqillik qazanandan bəri bir dəfə də olsun seçkilərin keçirilmədiyi Eritreya da daxildir.

Digər tərəfdən, demokratiya və insan hüquqları baxımından zəif olan Uqanda və Kamerun kimi Afrika ölkələrində mütəmadi olaraq seçkilər keçirilsə də, hökumət və liderlər heç dəyişmir. Buna görə də, seçkilər Afrika ölkələrində çox sayda “demokratik” baxımdan problemli rəhbərliklər meydana gətirir.

Demokratik çatışmazlıq kimi təsvir edilən bu problemlərin 4 əsas səbəbini, yəni nüfuz anlayışını, dövlətə yanaşmanı, ictimai quruluşu və xarici amilləri araşdırmaq lazımdır. Ancaq bu da bir həqiqətdir ki, dünyada demokratik olduğunu iddia edən hər bir ölkədə demokratiya müxtəlif problemlərdən əziyyət çəkir. Bu səbəbdən, Afrika ölkələrində demokratikləşmə yolundakı maneələrlə bağlı olan bu məqalədə qitədən kənar ölkələrin və coğrafiyaların demokratik standartlara görə Afrika ölkələrini qabaqladığı iddia edilmir.

1. Neo-patrimonializm

Tez-tez korrupsiyanın sinonimi kimi qəbul edilən bu termin mahiyyət etibarilə avtoritar bir formanı ifadə edir. Neo-patrimonializmi izah edərkən deyə bilərik ki, bu forma Veberin qanuni və rasional şəkildə izah etdiyi “modern” dövlət qurumları ilə müasir dövrə qədər mövcud olmuş sülalələr kimi bir hegemoniya sisteminin birləşməsindən ibarətdir.

Bu səlahiyyət növündə liderlər qanunlar çərçivəsində prezidentlik vəzifəsini öz üzərlərinə götürərkən, həm də mənsub olduqları cəmiyyətin sosial-iqtisadi cəmiyyətin zirvəsində dayanırlar. Bu səlahiyyət formasından Afrikadakı idarəçilik formasını izah etmək üçün bir şablon kimi istifadə edə bilərik.

Bu çərçivədə Afrikadakı neo-patrimonial hakimiyyət müstəmləkəçiliklə yanaşı, qitədə tətbiq olunan “modern” idarəetmə sistemi ilə müstəmləkə rəhbərliklərinin müxtəlif maraqlarını qoruyan ənənəvi avtoritar formanı əhatə edir.

Bu vəziyyətdə isə lider özünü yalnız “etnik” qrup və ya maraq ittifaqlara bağlı hesab edir. Bu səbəbdən, hakimiyyətin məsuliyyəti zəifləyir, siyasət və seçkilər cəmiyyətin müəyyən təbəqələri arasında rəqabətə çevrilir. Nəticədə, ortaya çıxan qarışıq hakimiyyət anlayışı demokratik standartların inkişafına mane olur.

2. Mühafizə dövləti

Neo-patrimonial hakimiyyətin davamlılığını və möhkəmlənməsini isə amerikalı tarixçi Frederik Kuperin “mühafizə dövləti” adlandırdığı idarəçilik forması təmin edilir. Siyasi və sosial nəticələri olan bu idarəetmə tərzi müstəmləkə dövrünə təsadüf edir. Sözügedən dövrdə qurulan müstəmləkə idarələri bütövlükdə iqtisadiyyatı inkişaf etdirmək və ya sosial rifahı artırmaq əvəzinə, minimal xərclə ən böyük gəliri əldə etməyi hədəfləyirdi. Bu hədəf də ən asan şəkildə ölkə xaricinə xammal ticarətinə, yəni gömrük qapılarına nəzarət etməklə həyata keçirilirdi.

Qəhvə, kakao, pambıq və kauçuk kimi tək məhsullu kənd təsərrüfatının sıx olduğu ölkələrdə isə bu nəzarət mexanizmi qiymətləri sistemin maraqlarına uyğun şəkildə tənzimləyirdi.

Müstəqillik qazandıqdan sonra Afrika liderləri başqa variantları qalmadığından ölkələrinin inkişafı üçün bir mənbə yaratmaq məqsədilə bu idarəetmə formasını davam etdirdilər. Beləliklə, ümumən dövlət aparatı, xüsusilə də gömrük qapıları, yəni idxal-ixrac vergiləri iqtisadiyyat və siyasət üçün ən böyük mənbəyə çevrildi.

Neo-patrimonial idarəetmə ilə birləşən bu sosial-iqtisadi quruluş siyasəti və siyasi rəqabətin əsas məqsədi dövlət qaynaqlarına nəzarət etmək və onları müəyyən bir sosial seqmentə və ya maraq qrupuna aid etməkdir.

Bu baxımdan həm siyasi arenada, həm də bazarda rəqib qrupları aradan qaldırmaq üçün dövlət hakimiyyətindən istifadə edilib.

İqtisadi qaynaqların ədalətli şəkildə bölüşdürülməsinə mane olan bu şərtlərə görə özlərini qurban kimi göstərən qruplar da hüquqlarını qeyri-demokratik yollarda axtarmağa başlayıblar və bu da vətəndaş müharibəsi, hərbi çevrilişlər və qiyamlara səbəb olub.

Əslində, 2000-ci illərdə Fil Dişi Sahilində baş verən vətəndaş müharibəsindən sonra imzalanan sülh müqaviləsində müharibənin tərəfdaşı olan ölkənin şimaldan gələn məmurların gömrük qapılarına nəzarət etməsi ilə bağlı bir maddə də var idi.

3. Millət şüurunun yaradılmaması

Neo-patrimonial hakimiyyət və mühafizə dövləti anlayışının təbii nəticəsi olaraq “etnik” təməlli bir siyasət ortaya çıxıb. Bu da milli şüurun formalaşmasına qarşı ən böyük maneələrdən birini yaradıb.

Bu səbəbdən, bir çox Afrika ölkəsində seçicilərin tələblərini hələ də partiya proqramları deyil, “etnik” mənsubiyyətlər müəyyənləşdirir. Əslində, seçiciləri hərəkətə gətirmək üçün “etnik” kimliklərdən istifadə etmək məsələsi müstəqillik əldə edildikdən dərhal sonra ortaya çıxıb.

Lakin çoxpartiyalı sistemə keçid etməklə birlikdə, etnik kimliklərə xitab edən partiyaların yaradılması və seçkilərin keçirilməsi ictimai qruplar arasındakı rəqabəti artırıb. Əslində, siyasi liderlərin, xüsusən də Keniya prezidenti Uhuru Kenyatta və rəqibi Ralia Odinqanın qəbilə başçıları kimi davrandığı və seçicilərin siyasi üstünlüklərini etnik kimliklərin müəyyən etdiyi bəlli olub.

4. Xarici amillər

Yuxarıda göstərilən amillər qitə ölkələrinin demokratikləşmə prosesinə mənfi təsir göstərsə də, xarici faktorların Afrika ölkələrinə həm müsbət, həm də mənfi təsirləri olduğunu deyə bilərik. Bu kontekstdə, İkinci Dünya müharibəsinin təsirlərinin qitə ölkələrinin müstəqilliyinə gedən yolu açmasını və Soyuq Müharibədə Qərb blokunun qələbəsinə görə qitədə liberal iqtisadiyyatın və demokratik standartların inkişafına xarici dəstək verilməsini müsbət təsir kimi qiymətləndirə bilərik.

Bununla birlikdə, 1980-1990-cı illərdə dövlət maliyyəsinə ciddi ziyan dəymiş Afrika ölkələrində xarici oyunçular demokratiya deyil, azad bazar iqtisadiyyatı şərtlərinin inkişafına üstünlük verərək dövlət xidmətlərinin pozulmasına və nəticədə, xalqın qohumçuluq münasibətlərindən asılı qalmasına səbəb olublar.

Bundan əlavə, demokratik qurumların gücləndirilməsini əhatə edən beynəlxalq yardımlar da əks effekt verib. Çünki bu yardımlar siyasi elita və bürokratiyanın vergi ehtiyacını azaldır və asılılıq münasibətlərini bərpa edir. Başqa sözlə, normal vəziyyətdə vergi ödəməli və bunların necə istifadə edildiyini bilməli olan xalq siyasi hakimiyyətin verdiyi maddi köməyə möhtac qalır. Beləliklə, dövləti idarə edənlər də xalqa hesabat vermək məcburiyyətində qalmırlar.

Üstəlik, Çin kimi qitənin yeni tərəfdaşı olan ölkələr demokratiyanın inkişafına, normal idarəetmə standartlarına əhəmiyyət vermirlər və tarix boyu Afrikada müstəmləkəçilik etmiş qlobal aktyorlar öz maraqları naminə avtokrat liderləri dəstəkləməyə davam edirlər.

Yenə tarix təkrar olunacaq?

Məsələyə bu baxımdan yanaşdıqda Afrika ölkələrində demokratiyanın inkişafına ciddi maneələrin olduğunu və hətta bu maneələrin daha da dəstəklənərək böyüdüyünü deyə bilərik.

Neo-patrimonializm, mühafizə dövləti və “etnik” mənsubiyyətlər ətrafında inşa edilmiş ictimai mənbələrin bölüşdürülməsinə əsaslanan rəqabət bu mənbələrin səmərəli istifadəsinə mane olur. Hələ üstəlik, cəmiyyətin bütün təbəqələrinin ümumi maraqlar ətrafında və demokratik standartların inkişafında birlik olmasının da qarşısını alır.

Bu vəziyyətdə ölkə xaricindən gələn demokratik bir dəstək ya mənasız olur, ya da mənfi təsir göstərir. Buna görə də, Afrika ölkələrindəki vəziyyətin hansı yöndə dəyişəcəyi hələ də məlum deyil.

Bunun ilk şərti də əvvəlcə qanunun aliliyi, hakimiyyət bölgüsü prinsipi, insan hüquq və azadlıqlarının təminatıdır. Bundan əlavə, hollandiyalı politoloq Arend Licfertin təklifləri arasında cəmiyyətin bütün təbəqələrinin rəhbərlikdə söz sahibi olmasını təmin etmək, bu qrupların hamısının dövlət heyətində və eyni zamanda, azlıq qrupunda ədalətli şəkildə təmsil olunacağı bir sistem yaratmaq.

İstənilən halda, demokratiya axtarışı inadla davam etdirilməli və ümidsizlik yaranmamalıdır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar