Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İmam köməkçisi Ərdoğan və Əliyevdən sitat gətirdiyi üçün mühakimə olunur - Rusiyada...

Rusiyada Çelyabinsk kassasiya məhkəməsi Katedral Məscidində imam köməkçisi çalışan Rinat Yaminevin işinə baxır. O, "VKontakte"-dəki yazılara görə nifrət mühiti yaratmaqda ittiham olunur.

Yaminev mətn və videonu rusdilli Day.Az saytından kopyalayıb. Videoda Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağda donuzxanaya çevrilən məscidi ziyarət edib. Mətn bölgədə İslam dini infrastruktuorunun kütləvi şəkildə itirilməsindən bəhs edir.

Yaminevin ikinci yazısı, İslam cəmiyyətinin Fransa prezidenti Emmanuel Makronun Fransada İslamı "nizamlamağın" zəruriliyinə dair təşəbbüslərinə reaksiyası ilə əlaqədardır. Yaminev, Türkiyə prezidenti Rəcəb Ərdoğanın və Əl-Əzhər Universitetinin Makronun təşəbbüsünü pisləyən sitatlarını gətirib.

Keçən ilin dekabr ayında bu yazıları qırx beş yaşlı Algeyt Vəliyev görüb və FSB -yə müraciət edib. Müraciətdə qeyd olunur ki, bu yazılar "etnik nifrəti qızışdırır".

"Bu postlar dini hisslərimə təsir edib, mənfi emosiyalar yaradıb. Eyni zamanda ağlı başında olan bir insan kimi başa düşürəm ki, buna görə Ermənistanın sadə vətəndaşları məsuliyyət daşımır. Həmçinin, ermənilər əsasən xristiandırlar, və məscid onlar üçün sadəcə bir binadır. Ermənilər bilmədən, müsəlmanların dini hisslərinə təsir edə biləcək hər şeyi ora yerləşdirə bilərlər", - o müraciətində yazıb.

Müraciətə əsasən, imam köməkçisinə qarşı inzibati iş açılıb.

İndi imam köməkçisi ətrafında yaranmış vəziyyəti siyasi yolla həll etməyə çalışırlar: Azərbaycanın Moskvadakı səfiri Çelyabinsk vilayətinin qubernatoru Anatoli Vekşinlə görüşüb. Danışıqların necə başa çatdığı və məhkəmənin qərarına necə təsir edə biləcəyi məlum deyil (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar