Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İmam Hüseynin adının divara yazılmasına Şeyxdən reaksiya

Azərbaycanın hər yerində məscidlərdə Aşura ilə əlaqədar tədbirlər keçirilir. Buna dövlət tərəfindən heç bir maneə yoxdur. Bu günə qədər olmayıb və bundan sonra da olmayacaq”.

PİA.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

Onun sözlərinə görə, bəzi qüvvələr bəzi məsələlərdə ölkə daxilində münaqişələr yaratmağa cəhd edirdilər: “Gördüyünüz kimi, qanvermə aksiyasında digər konfessiyaların da rəhbərləri iştirak etdi. Bu, bir daha onu göstərir ki, Azərbaycanda bütün dindarlar arasında heç bir məzhəb ayrı-seçkiliyi yoxdur. Biz də onların bayram və xüsusi günlərində iştirak edirik”.

Allahşükür Paşazadə deyib ki, “İmam Hüseyn islamın bütövlüyü uğrunda şəhid olub. Amma bu gün bəzi məzhəb sahibləri imam Hüseynin adından istifadə etməklə islamda ayrı-seçkilik yaratmağa çalışırlar. Əlbəttə, bütün bunlar imam Hüseynin gördüyü işlərə uyğun deyil”.

Onun sözlərinə görə, əgər insanlar imam Hüseyni yad etmək istəyirlərsə, onlar ruhən sakit olmalı, daim pak əməllərin sahibi olmalı, yaxşılıqlar etməlidirlər:

“Özünə zəncir vurmaq, qan çıxarmaq doğru deyil. İmam Hüseyn məktəbi ürfan məktəbidir. Onun adını hər yerə, hər divara yazmaqla deyil. Onu öz qəlbimizdə yaşatmalıyıq. Biz hətta Sovet dövründə onun adını yaşatmışıq, bundan sonra da yaşadacağıq. Guya ölkədə “dini mərasimlərin keçirilməsinə imkan yaratmırlar” fikrini bütün dünyada, xüsusən də şiə aləmində yaymaq müəyyən dairələrin siyasətidir. Amma buna müvəffəq ola bilməzlər. Bizdə məscidlər var, heç kimə maneə yoxdur və imam Hüseyn də layiqincə yad edilir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar