Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlqar Məmmədovun kompensasiyanı alacağı vaxtı açıqladı - Rəsmi

Kompensasiya ödənilməsi və icra olunması üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərilməsi qərara alınıb...

REAL partiyasının sədri İlqar Məmmədova kompensasiyanın nə zaman ödəniləcəyi ilə bağlı “Yeni Müsavat” qəzetinin sorğusuna cavab olaraq Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mayis Piriyev bildirib ki, Ali Məhkəmənin Plenumunun 23 aprel 2020-ci il tarixli qərarı ilə İlqar Eldar oğlu Məmmədovun Cinayət Məcəlləsinin 220.1-ci və 315.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə icraata xitam verilib və ona dəyən mənəvi ziyana görə 234.226,10 manat məbləğində kompensasiya ödənilməsi və icra olunması üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərilməsi qərara alınıb.

M.Piriyev bildirib ki, həmin qərarın surəti İlqar Məmmədovun ərizəsi ilə 01 may 2020-ci il tarixdə nazirliyə göndərilsə də, qeyd olunan sənəd icra məmurları tərəfindən icra üçün rəsmi qaydada hələ ki Maliyyə Nazirliyinə təqdim olunmayıb.

“Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən məhkəmə qərarlarının icrası icra məmurları tərəfindən həyata keçirilir. Bu baxımdan sözügedən məhkəmə qərarı rəsmi qaydada Maliyyə Nazirliyinə təqdim olunduqdan sonra həmin qərarın icrası qanunvericiliklə müəyyən olunmuş qaydada təmin olunacaqdır”, deyə nazirlik rəsmisi bildirib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar