Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlqar Məmmədov: “Altay Göyüşov “qədeşfason” bəyanatlar verməyə başlayıb”

“Bir qorxaq Altay bəy Göyüşov var. Ötən ilin yayından köçdü Almaniyaya, başladı oradan müxalif yönlü “qədeşfason” bəyanatlar verməyə. Səbəbinə çox da dərin getməyə ehtiyac yoxdur, mövzu başqadır. Amma oktyabrda birdən məlum oldu ki, hansısa sənədləşmə işlərini yoluna qoymaq üçün qorxaq Altay Göyüşov Almaniyadan Bakıya gəlməlidir. Onun dərdini təsəvvür edə bilərəm: “Axı bu qədər danışdım… Bakıya necə dönüm? Amandır, tutarlar məni...” Ağılına fikir gəldi: “Tapdım! İlham Əliyevin İlqar Məmmədovdan zəhləsi gedir, düzdür? Düzdür. Gəlsənə, İlqarı yaxşı-yaxşı vurum, birdən aeroportda tutsalar, deyərəm ki, ağa nəçənnik, mən hətta İlqarı da pis vururam”. Və başlayır! 6-7 oktyabrda İlqar Məmmədov və REAL haqqında 5 dənə dalbadal “vurucu” status yazır, arada birini elə-belə, ədəbiyyat haqda yazır (“e-e, cənab polkovnik, mən ziyalı adamam” vəziyyəti üçün). Başqa heç nə yazmır. Sonra bu statuslardan ibarət Facebook “sığortası”nı yanına alıb minir təyyarəyə, uçub gəlir Bakıya. Sənədlərini səhmana salır. Hələ bir İlham Əliyev hakimiyyətinin dövlət xidmətləri haqda xoş status-namə də qoşur, sitat: “özümə də təəccüblü gəlirdi, işlərimi çox tez həll edirdilər, bu öz yerində, amma üstəgəl, müəllim, xoş gəlmisiniz, burada gözləmə, gəl içəridə otur, bir stəkan çay iç filan, əməlli qayğı göstərirdilər”. 1 günlük işini görüb qayıdır Almaniyaya. İlqar Məmmədov yaddan çıxır".

İndi təzədən başlayıb İlqara söz atmağa. Yenə Bakıda işi var?”

Bunu ReAl Partiyanın sədrliyinə namizəd İlqar Məmmədov deyib.

“Lap dərinə baxanda Altay Göyüşovu titrəməyə salan başqa məsələdir. Ötən ilin iyulunda mən ondan xahiş etmişdim ki, müxalifətin birləşib seçkiyə bir yerdə getməsi üzrə planın təşəbbüskarı mən olmayım, sən ol ki, digər partiyalarda qıcıq yaranmasın: "Sən bu işi ziyalı kimi başla, sonra istəsən tezliklə kənara dur, partiyalar olaraq özümüz irəli apararıq. İstəsən lap özün də davam et". Əvvəlcə razılaşdı. Sonra anladı ki, birdən İlham Əliyev onun xaricə yolunu bağlayar - lap köç qabağı idi. Qorxdu. Gedib bu ideyamı partiyalara elə şəkildə çatdırdı ki, iş heç alınmasın. Bu məsələdə şəxsən mənim qarşımda gözü kölgəli olduğu üçün heç-nədən dedi-qodu salmağa bəhanə kimi bir-iki kənar mövzu tapmalı idi. Klounlaşmış qədeş roluna girib tapdı da... Qorxaq Altay Göyüşovu həbs etsələr, Avropada müdafiəsini şəxsən özüm təşkil edəcəm. Bakıya gəlmək istəyirsə, biletin qiymətinə “İlqarı vur” talonunu daha əlavə etməsin, özünün klounlaşmış qədeş dili ilə desək “yekə cəyildü”” – İ.Məmmədov qeyd edib.(pravda.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar