Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlon Mask kompüterlə işləmək üçün insana çip yerləşdirməyi planlaşdırır

İlon Maska məxsus Neuralink şirkəti əllərdən istifadə etmədən kompüter və telefonla işləmək üçün ilk insana çip taxmağı planlaşdırır...

PİA.az TASS-a istinadən xəbər verir ki, bu barədə amerikalı iş adamı mətbuat konfransında bildirib.

Biznesmenin sözlərinə görə, bu planın reallaşması təxminən altı ay ərzində baş verə bilər. Mask qeyd edib ki, artıq heyvanlar üzərində də oxşar tədqiqatlar aparılıb və çipin implantasiyası zamanı lazımi ehtiyat tədbirləri görülüb.

Mask əlavə edib ki, bu layihəyə icazə almaq üçün lazım olan sənədlərin əksəriyyəti artıq ABŞ-ın Qida və Dərman Departamentinə təqdim edilib.

Bildirilir ki, 2021-ci ilin fevral ayında Neuralink meymunlardakı çiplə bağlı araşdırma aparıb. Çiplə əlaqə iPhone vasitəsilə baş verib. Nəticədə meymun coystikdən istifadə etmədən kursoru ekranda hərəkət etdirməyi öyrənə bilib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar