Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İllik təhsil haqqı 61.200 manat olan məktəbdə uşağa nə öyrədirlər?

Bahalaşma dalğası ölkəni növbəti dəfə, bir daha, yenidən bürüyəndən sonra sanki hamı ağlını itirib. Xüsusən də işbazlar. Şeytanın ağlına gəlməyəcək üsullarla müştəri aldadırlar. Məşhur məsəldə deyilən kimi, altda qalanın canı çıxsın... Hamı ondan asılı olanın canını yandırmağa çalışır.

Bakı zooparkında bilet qiymətləri böyüklər üçün 5 manat, balacalar üçün 2 manatdır. 4 nəfərlik ailə zooparka gedir, giriş üçün 14 manat pul ödəyir. Etiraz edən kimi də başlayırlar ki, “bəs ordakı heyvanlar dəmir yesin? Şirin bir günlük azuqəsi siz bilirsizmi nə qədər tutur?” Belə-belə arqumentlərlə çıxırlar qabağımıza. İzah edə bilmirsən ki, mən şiri qəyyumluğa, dədəliyə götürməmişəm, qayğısına qalmalı olduğum övladlarım var.

Marketə gedirsən, bir həftə öncəki bazarlıq zamanı aldığın məhsulun qiyməti 10-15 qəpik bahalaşıb.

Nə vaxt baxırsan, marketdəki işçilər qiymət dəyişdirməklə məşğuldular. Sanki uşaq başı tovlayırlar: “10-ca qəpikdi də, elə böyük bahalaşma deyil ki”. Amma bunun bütün məhsullara şamil olunduğunu nəzərə alanda anlayırsan ki, həftəlik bazarlıq ötən dəfəkindən 10-12 manat daha baha başa gəlib.

Bilirsiniz, camaatı hansı gülməli zarafatla aldatmağa çalışırlar? Hər dəfə benzinin qiyməti qalxanda bir baməzə dostumuz Facebookda yazır ki, “vecimə də deyil, mən onsuz da həftədə bir dəfə 20 manatlıq benzin vururam maşına”. Bizim işbazlar da təxminən bunun kimi. Yəni 10 qəpikdən sizə heç nə olmaz. Geyim mağazalarında qiymət od tutub yanır. Onlayn alış-veriş edirsən məcburən. Yekə-yekə şriftlərlə yazırlar ki, metrolara çatdırılma pulsuzdur. Sifarişini metronun qabağına gətirib, utanmaz-utanmaz 5 manat çatdırılma haqqı istəyirlər. “Bəs çatıdırlma pulsuz idi axı, noldu”, - deyə, etiraz edirsən, qızıl-qırmızı üzə dirənirlər ki, metroların içində, qatar olan yerdə çatdırılma pulsuzdur. Biz ki metrodan çıxdıq, çatdırılma oldu 5 manat. Yəni adamların 5 pilləkən yuxarı qalxması 5 manat edir, belə düşünün.

Ən müdhiş dələduzluqlar zatən sosial şəbəkələrdə olur. Restoran, geyim, tətil, səyahət elanları başdan-ayağa dələduzluq tələləri ilə doludur. Fotoda bir şey təqdim edirlər, real həyatda başqa şey. Qiyməti elanda bir cür yazır, məkana gəlib çatanda qiymət avtomatik artırılır.

Prinsip budur: əsas odur, müştəri bizim yanımıza gəlsin, ondan sonrası asandır, üzə düşüb dediyimizi edəcək. Yəni müştəri qazanım, daimi müştəri kontingentim olsun – belə məqsəd yoxdur. “Hərəni bir dəfə qaz kimi yolsam bəsimdir” prinsipi ilə yola çıxırlar. Ona görə də 1 ay öncə açılmış məkanın üzərində 1 ay sonra “arendaya verilir” elanını oxuyanda təəccüblənmirsən. Marketinq öyrənən yox, müştəri məmnunluğunu hərləyən heç yox. Hamı bir-birinə az qala yolunacaq qaz kimi baxır. Nəticədə də...

Bahalıqdan söz düşmüşkən, dünən banco.az saytı Azərbaycanda fəaliyyət göstərən özəl məktəblərdəki illik təhsil haqları ilə bağlı siyahı hazırlamışdı.

Oxuduqca adamın ayağının altından yer qaçır. Azərbaycan Beynəlxalq Məktəbində 5-9-cu siniflərdə bir illik təhsil haqqı 53.873-61.200 manat idi. Mən şoka düşdüm, siz də şoka düşün. 61 min manatı anladım, o 200 manat nədir axı? Ümumiyyətlə, nəyə əsasən müəyyən edirlər ki, orada verilən təhsilin bir illik dəyəri bu qədərdir? Mən ən bahalısını yazdım, amma illik təhsil haqqı 4-5 min olan “təvazökar” liseylər də var, təbii. Xalqımın sadə insanları övladlarını orada oxudurlar. İlliyi 7, 10, 12, 15 min manat olan özəl liseylər də var ki, bu günə qədər ayaqda qala biliblərsə, onlara üz tutan valideynlər çoxdur, demək ki…

Mən heç kimin pulunu saymıram və yaşam fəlsəfəsini təhlil etmək istəmirəm. Amma məsələ budur ki, adına Azərbaycan deyilən bu ölkədə əksər valideynlər məktəblərdən, onların səviyyəsindən narazıdırlar. İmkanı çatan dövlət məktəbindən çıxarıb, uşağını özəl məktəbə qoymaq istəyir. Nəticə? Buraxılış siniflərində hər kəs, istisnasız olaraq hər kəs övladını kurs-kurs, məşğələ-məşğələ sürüyür. O müəllimin qapısı sənin, bu kursun qapısı mənim. Ya da uşaq burda oxumaq istəmirsə, İELTS, YÖS imtahanına hazırlaşmaq üçün kurslara gedir.

O zaman yazıq-günah deyilmi 10 il ərzində tökdüyünüz yarım milyona yaxın pula?

Sonra da düşünürsən ki, gör bu dövlət məktəbləri valideynləri nə qədər yandırıb, nə qədər əsəb-gərginlik içində saxlayıb ki, bunlar çarəni ətək-ətək pul töküb, özəl məktəbə getməkdə görürlər. Yaxud o biri tərəfdən deyirsən ki, maaşı 300 manat olan müəllimədən sən hansı keyfiyyətli dərs gözləyə bilərsən ki? O da məcburdur hər uşağa potensial individual məşğələsinin şagirdi kimi baxsın. Direktor məktəb otağını kirayəyə verməyə məcburdur, çünki onun da ödənəcək “haqq”ı var. Bu ölkədə hamı bir-birini dolandırmağa məcburdur. Çünki hamı bir-birinə az qala dövlət orqanı kimi baxır…

Hamını anlamağa çalışmaq da bir başqa dərddir. Necə deyərlər, yaxşı edirsiniz e, amma düz etmirsiniz…Sevinc Telmanqızı (musavat.com)

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar