Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlkin Həsəni niyə bozbaş olur?

Qan Turalı yazır…

Əslində Çernobıl serialı haqqında yazmaq istəyirdim.

Lakin dünən elə bir şey baş verdi ki, mövzunu dəyişməli oldum.

İlkin Həsəni bir status yazıb “Çernobıl” serialını məsləhət gördü.

(Statusunun yazılma şəklinə, üslubuna baxın.

Misal üçün, texnogen sözündən istifadə edir.

Yəni, dilin qaydalarına uyğun, dəqiq, aydın və səviyyəli...)

Bu statusa yazılan bir şərh isə aləmi qatdı.

“Özünüz belə şeylərə baxırsınız, bizə isə Şəmi-Şöşünü hazırlayırsınız”.

Hamı şərh yazanı alqışladı, şərhi bəyənənlərin statusu bəyənənlərdən daha çox...

Məlum məsələdir, biz sözə meylliyik.

“Filankəs filankəsi bağladı” məntiqi ilə isə incəsənət inkişaf etsəydi, nə olardı?

O şərhin çox “like” alması nəyi dəyişir?

Hamı bir anda Hiçkok heyranı olur?

Bəs məsələ nədir?

Onları bənd-bənd yazaq.

***

Hər şeydən qabaq “Biz niyə “Game of Thrones”, “Çernobıl”, “Breaking bed” çəkmirik?!” kimi suallar əslində üçüncü dünya ölkəsi olmağın yaratdığı kompleksdir. Min səbəb saymaq olar, lakin mən bir sual verim: ABŞ-dan başqa hansı ölkə bu qədər iri büdcəli layihələri həyata keçirə bilir ki? Ona görə də sual belə qoyulmalıdır: Biz bu resurslarla, bu hekayələrlə nə çəkə bilərik? ABŞ-da onlarla seri qatil olub, bu haqda yüzlərlə film çəkiblər. Sən nədən çəkəcəksən, seri qatilinmi var? Azərbaycanlı seri qatil! Qulağınız alışırmı bu ifadəyə?

***

Bu layihələr yüz milyonlarla dollar büdcəyə başa gəlir. Bu büdcəni Azərbaycan televiziyaları qarşılaya bilərmi? Ən varlı kanalımız AzTV-dir, ona da ildə 30 milyon manatdan bir az çox pul ayrılır. Lap tutaq ki, dövlət pul ayırdı, çəkdik. Bu filmdə çalışacaq qədər kadrımız yoxdur. Onu kimə satacağıq?

***

“İkinci pərdə” misalı... Film kinoteatrda fiaskoya uğradı. “YouTube” baxışı isə 770 mindir. Filmi insanlar bəyəndimi? Şəksiz ki, bəyəndi. Bəs onda niyə kinoteatrda belə bir nəticə alındı. Demək, film sənayemizin inkişafı, bir daha bu cür filmlər çəkilməsi üçün tamaşaçılar filmi dəstəkləməlidirlər. Deyirlər ki, kino kollektiv işdir. Bəli, elədir, lakin təkcə kollektiv işi deyil, həm də xalq işidir. Son nəticədə məhz xalq nəyin yaxşı olub olmadığına qərar verir. İlkin Həsəninin filmləri kassada böyük uğur qazanır. Bəs “İkinci pərdə” necə olsun? Demək, yaxşı filmlər çəkmək üçün həm də xalqın dəstəyini almaq lazımdır.

***

Xalqın dəstəyi mühümdür, lakin başqa bir məqam da var. Kinoteatr şəbəkəsi zəifdir, reklam bazarında ancaq komediyalara pul tapmaq mümkündür. Bunun üçün çox işlər görülməlidir. Məsələ o qədər dramatik bir hal alıb ki, dövlətin dəstəyi olmadan bu sahənin inkişafı mümkünsüz bir şeyə çevrilib. Onun üçün müstəqil kinonun maliyyələşəcəyi bir fond təsis edilməsi, kinematoqraflar üçün pulsuz texnika parkının yaradılması, kinonun bir neçə illiyə vergidən azad edilməsi, eləcə də əyalətlərdə kino göstərilməsi mümkün olan məkanların dövlət tərəfindən kinoteatra çevrilməsi kimi addımlar atılmalıdır. Fəxrlə demək olar ki, Azərbaycanın çox güclü bir kino potensialı var və bir neçə il ərzində ölkəmiz əzəmətli bir kino ölkəsinə çevrilə bilər. Potensialın gerçəkləşməsi üçün isə şərait olmalıdır.

***

Kinonun ortaya çıxdığı andan etibarən müzakirə edilən bir mövzu var: Kino incəsənət növüdürmü? Buradakı əsas məqam ondan ibarətdir ki, kino istehsalat etibarı ilə çox bahalı olduğuna görə əslində bir sənaye məhsuludur. Ona görə də o öz xərclərini çıxarmalıdır, lakin kütləvi maraq və kassa uğuru qazanmaqla, bir yerdə ortaya sənət əsəri qoymaq da imkansıza yaxındır. Bu əlbəttə ki, bir yanaşmadır, tənqid edilə də biər, lakin orada haqlı bir məqam da var ki, o da kinonun böyük pullara başa gəlməsidir. Misal üçün, bir romanın, bir rəsm əsərinin ya da bir simfoniyanın kobud desək mayası nə qədərdir ki? Kino buna görə də iqtisadiyyatın buxovuna düşür və yarandığı ilk gündən etibarən incəsənət növü kimi özünü qəbul etdirmək üçün can atır. Hər bir rejissor da bazarın maraqlarını qoruyaraq film çəkmək və öz ustalığını təsdiq etmək üçün ağır bir sınaq qarşısında dayanır. Kieslovski kimi dahi bir rejissor ömrünün son illərində həsrətlə deyirdi: Kaş yazıçı olaydım, istədiklərimi filmdə edə bilmədim”. Onun bu ağrılı sözləri də əslində dediyim fikrin təsdiqidir.

***

Bəli, İlkin Həsəni də istedadlı bir aktyordur, prodüserdir. Onun potensialı da güclüdür, çox daha yaxşı layihələr də edə bilər. Lakin mövcud vəziyyət belə olduğu halda Tarantino da heç nə edə bilməzdi. Ona görə də məsələlərə kompleks baxmaq lazımdır. Söz soxmaqla iş düzəlməz...(oxu.az)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar