Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan

Rejissor Kənan Mahmudovla aparıcı İlkin Həsəni arasında yaranan qalmaqal səngimək bilmir

Bir-birini tənqid edən, hətta söyüşlərin yazıldığı statusdan sonra Kənan daha bir açıqlama yayıb. 

O, İlkinə yazdığı "Dəfələrlə "razborka"larında səni şapalaqlanmaqdan qorumuşam" rəyinə aydınlıq gətirib. Rejissor mərhum xalq artisti İlhamə Quliyevanın mühafizəçisinin vaxtı ilə İlkini "razborka"ya çağırdığını qeyd edib:

"2002-2003-cü illər olardı, mən hələ təzə-təzə tanınırdım, bir dostumu internətdə söymüşdülər. "Əhmədli" metrosunun yanına hardasa 15-ə yaxın dost-tanışla məsələni həll etməyə getdik, həll olundu. Daha sonra Allah rəhmət eləsin, hər kəs bilir ki, İlhamə Quliyeva qalmaqallı sənətçimiz olub. 2005-ci ildə onun haqqında nəsə xoşagəlməz süjet hazırlanmışdı və aparıcı da elə həmin dost bildiyim oğlan idi. İlhamə xanımın İlqar adında cangüdəni onu (İlkin Həsəni) söhbətə çağırmışdı, həmin şəxs silahlı və içkili idi.

Dostluq mənim üçün müqəddəs amildir, təbii ki, dovşan dostumuz gəcə saat 3-də mənə dedi və mən tək getdim, dostum isə maşında oturdu. Sağ olsun, İlqar məni anladı, haqsız olduğumuz halda söhbəti bağladıq, dostumun gözlərindəki sevinc hələ də yaddaşımdan getmir. Elə bil dünyaları ona vermişdilər. Bu, mənə yetərdi. Mənim dünyamda güclü-gücsüz insan yoxdur, haqlı-haqsız insan var. Mən yıxanın yox, yıxılanın yanındayam. Həyatda illər keçdikcə biz insan olaraq çox şeyləri unuduruq. Amma, guya, unutmuşuq kimi yaşayırıq. Unutmağın adı isə nankorluq, ikiüzlülük və nakişilikdir. Bu olayların baş qəhrəmanı hamının "Şəmi müəllim" kimi tanıdığı İlkin Həsənidir".(qafqazinfo)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar