Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyevin susqunluğu pozaraq Ermənistana və Rusiyaya verdiyi mesajın pərdəarxası məqamları...

Soçi görüşündə əldə olunan razılaşmaların yerinə yetirilməsi ilə bağlı vəziyyəti prezidentin son bəyanatına görə necə qiymətləndirmək olar?..

Politoloq: “Soçi görüşü baş tutmamışdan öncə, biz bu görüşün nə üçün təşkil edildiyini bildirdik. Soçi görüşünün heç bir nəticə verməyəcəyi hər kəsə aşkar idi”.

Prezident demək istədi ki, ya vaxt verilib “Zəngəzur dəhlizi” açılacaq, ya da problemlər getdikcə böyüyəcək. Yəni prezident kimin vasitəçi kimi özünü göstərməsindən asılı olmayaraq, problemlərin böyüyəəcəyinə işarət etdi”.

Bu sözləri politoloq Samir Hümbətov Soçi görüşündə sonra dünən prezident İlham Əliyevin Ermənistana və Rusiyaya verdiyi mesajı PİA.az-a şərh edərkən qeyd edib.

Soçi görüşündən sonra prezident İlham Əliyev erməni tərəfinin bir çox təxribatlarına baxmayaraq, susqunluq nümayiş etdirdi. Gözləndiyinin əksinə olaraq, ötən həftə nəqliyyat dəhlizlərinin və sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı mexanizm qurulmadı. Dünən isə prezident ErmənistanRusiyaya müraciətlə, “bizə bizə tarix versinlər, “Zəngəzur dəhlizi” nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq”, mesajını verib.

Qeyd edək ki, regional kommunikasiyaların açılmasına dair razılaşma üç ölkə liderinin noyabrın 26-da Soçidə keçirilən görüşünün yekunları üzrə elan edilən üçtərəfli işçi qrupun dekabrın 1-də Moskvada keçirilən iclasında razılaşmaları formalaşdırmaq mümkün olmayıb. Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryanın dekabrın 2-də “Azadlıq” radiosuna verdiyi açıqlamada da işçi qrupun işinin pozulmasına səbəb məhz “Zəngəzur dəhlizi” olub.

Prezidentin dünən Qubada verdiyi bu bəyanatını və Soçi görüşündə əldə olunan razılaşmaların yerinə yetirilməsi ilə bağlı vəziyyəti bu bəyanata görə necə dəyərləndirmək olar? Demək olarmı ki, Soçidə əldə olunan razılaşmalar Ermənistanın yeni təxribatları ilə üzləşib?

Mövzunu PİA.az-ın əməkdaşı Atlas Araşdırmalar Mərkəzinin politoloqu Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “Brüssel görüşündən öncə Soçi görüşünü keçirməklə Putin bir növ özünün nüfuzunu və ağırlığını ortaya qoymağa çalışdı”.

Soçi görüşündə Zəngəzur dəhlizi ilə bağlı elə də ciddi irəliləyişin əldə olunmadığının açıq-aşkar göründüyünü vurğulayan politoloq PİA.az-a açqıalamsında qeyd edib ki, bu prezidentin çıxınşından da məlum oldu:

“Soçi görüşü baş tutmamışdan öncə, biz bu görüşün nə üçün təşkil edildiyini bildirdik. Soçi görüşünün heç bir nəticə verməyəcəyi hər kəsə aşkar idi. Təbii ki, sərhədlərin delimitasiya və demarkasiya məsələsi Soçi görüşündə bəyanat şəklində verildi. Amma bu barədə əməli praktiki addımların atılması gözlənilən deyildi. Çünki bu məsələlərin uzanması Rusiyanın da, Ermənistanın da maraqları daxilindədir. Onu da qeyd edim ki, Brüssel görüşündən öncə Soçi görüşünü keçirməklə Putin bir növ özünün nüfuzunu və ağırlığını ortaya qoymağa çalışdı.

Elə prosedurlar var ki, onların həyata keçməsi üçün müəyyən vaxtı gözləmək lazımdır. Biz yaxşı bilirik ki, Ermənistan tərəfi üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi ilə bağlı hər hansısa bir addım atmayacaq. Bir həftə keçəndən sonra prezidentin bu cür bəyanat verməsi də bunu göztərir. Prezident demək istədi ki, ya “Zəngəzur dəhlizi”inin açılmasıilə bağlı dəqiq tarix verilməli və işlərin icra olunması ilə bağlı qrafik tərtib olunmalı, ya da problemlər getdikcə böyüyəcək. Yəni prezident kimin vasitəçi kimi özünü göstərməsindən asılı olmayaraq, problemlərin böyüyəcəyinə işarət verdi.

Hesab edirəm ki, prezidentin verdiyi mesajın arxasında bir məqsəd var: “Zəngəzur dəhlizi” ən yaxın zamanda açılmalıdır, əks təqdirdə Azərbaycan bunu güc yolu ilə həyata keçirəcək.

Eyni zamanda da biz gələn həftə Brüsseldə görüşün baş tutmasının şahidi olacağıq. Bu görüşdə də eyni məsələlər müzakirə ediləcək. Amma hesab etmirəm ki, Brüsseldə də hansısa ciddi səviyyədə sənəd imzalansın. Bütün hallarda Ermənistan konkret nəticələr deyil, danışmaq naminə danışıqları davam etdirmək üçün cəhdlərini sürdürəcək.

Samir Hümbətov: “Verilən vədlər yerinə yetirilməsə Azərbaycan bütün imkanlarından istifadə edəcək”.

Soçi görüşündə sonra ErmənistanAzərbaycan qarşılıqlı addım atdı. Yəni Ermənistan minaların xəritələrini verdi, Azərbaycan isə onların 10 diversantını geri qaytardı. Amma “Zəngəzur dəhlizi” ilə bağlı olanlar onu göstərir ki, Soçi görüşündə bu məsələ ilə bağlı elə də ciddi irəliləyiş əldə olunmayıb. Bu prezidentin çıxında da məlum oldu.

Düşünürəm ki, verilən vədlər yerinə yetirilməsə Azərbaycan bütün imkanlarından istifadə edəcək. Məsələn Azərbaycan Laçın dəhlizinin bağlanmasını, rus sülhməramlılarının ərazidən çıxarılmasını, həmçinin Laçın dəhlizindən Azərbaycan postunun qurulmasını və Azərbaycan sərhədçilərinin orada yerləşdirilməsi ilə bağlı məsələləri gündəmə gətirə bilər.

Prezident də həm Ermənistana, həm də Rusiyaya bununla bağlı mesajını verdi. Hesab edirəm ki, tərəflər də mesajı alıb. Nəticənin yaxın vaxtlarda uğurlu olacağına inanıram. Proseslərin hissə-hissə gedişi Zəngəzur dəhlizinin açılmasına doğur apardığını düşünürəm. Bu proses bundan sonra da davam etdiriləcək”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar