Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan "TEKNOFEST Azərbaycan" festivalında - Yenilənib, Canlı yayım

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında iştirak edirlər.

Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan “TEKNOFEST Azərbaycan” Festivalının keçirildiyi məkana gəliblər.

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar çıxış edərək Festival barədə məlumat verdi, tədbirin Azərbaycanda yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib.

Dünya şöhrətli türkiyəli alim, Nobel mükafatı laureatı professor Əziz Sancar çıxış edərək Türkiyə-Azərbaycan qardaşlığı və dostluğunun əhəmiyyətini vurğuladı, “TEKNOFEST Azərbaycan” Festivalının təşkilinə görə minnətdarlığını ifadə edib.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib.

Daha sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

Çıxışlardan sonra Festivalın müxtəlif müsabiqələr üzrə qaliblərinin mükafatlandırma mərasimi olub.

Mükafatları qaliblərə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Nobel mükafatı laureatı professor Əziz Sancar təqdim ediblər.

Prezidentlər İlham ƏIiyev, Rəcəb Tayyib Ərdoğan və görkəmli alim Əziz Sancar xatirə fotosu çəkdiriblər.

Dövlət başçılarına və Əziz Sancara “TEKNOFEST Azərbaycan” Festivalının xatirə hədiyyələri təqdim olunub.

Birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan, həmçinin Sümeyyə Bayraktar və Arzu Əliyeva xatirə fotoları çəkdirilbər.

Sonra hər iki qardaş ölkənin rəsmi nümayəndələri birgə foto çəkdiriblər.

Mərasimdən sonra Prezidentlər İlham ƏliyevRəcəb Tayyib Ərdoğan, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan sərgi zonasındakı pavilyonlarla tanış olublar.

***

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının keçirildiyi məkana gəliblər.

Həmin tədbirdən görüntüləri təqdim edirik:

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar