Şənbə, 23 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

İlham Əliyev: “Olmayan işğalı görən, əlbəttə, ya kordur, ya da nankordur”

“İndi Ermənistanda və bəzi əcnəbi siyasətçilər bizi Ermənistan torpaqlarını işğal etməkdə günahlandırırlar. Birincisi, bu, yalandır. İkinci isə, Ermənistan bizim torpaqlarımızı işğal etdiyi zaman niyə səsinizi yüksəltmirdiniz? Nəyə görə göz yumurdunuz?”

Bu sözləri dövlət başçısı İlham Əliyev “Anadolu” Agentliyinə müsahibəsi zamanı deyib.

“30 il ərzində təkcə işğal deyil, eyni zamanda bütün tarixi və dini abidələrimiz yerlə-yeksan edildi. Bütün binalar dağıdıldı. Bunu görmürdünüz? Minsk Qrupunun həmsədrləri dəfələrlə orada oldular. Ağdamda, Kəlbəcərdə, Füzulidə, Cəbrayılda oldular. Görmürdülər? 30 illik işğal dövründə sadəcə iki dəfə araşdırma missiyası göndərildi və hesabat hazırlandı. Hesabatda ermənilərin törətdiyi bütün cinayətlər göstərildi. Sonuncu missiya demək olar ki, 10 il bundan əvvəl keçirildi. Minsk Qrupu həmsədrlərinə yenidən missiya göndərilməsi üçün dəfələrlə müraciət etdik. Orada qanunsuz məskunlaşdırma həyata keçirilirdi. Suriya, Livan və başqa ölkələrdən ermənilər gətirilərək orada məskunlaşdırılırdı. Bu, müharibə cinayətidir. Bütün beynəlxalq konvensiyalara əsasən bu, müharibə cinayətidir. Bunu etmədilər. Bu işğalı görməyən, indi isə olmayan işğalı görən, əlbəttə, ya kordur, ya da nankordur. Ya da sadəcə riyakardır. Bu daha doğru ifadə ola bilər.

Biz öz ata yurdumuza qayıtdıq. 30 ildir orada yox idik. Əgər Ermənistan sərhədin oradan keçdiyini deyirsə, nəyə görə orada heç kim yox idi? Əgər ora sərhəddirsə, gəl sərhədi qoru! Biz gəldik o dağlara yerləşdik və bizim xəritələrimizə əsasən öz torpağımıza yerləşmişik. Əgər Ermənistan fərqli düşünürsə, gəlsin, otursun, müzakirə edək. Bir il, beş il, 30 il çəkər, kim bilər. Yenə eyni mövzuya qayıdıram, sərhədləri barədə Ermənistan bu gün həqiqəti anlamalıdır. Qısa zamanda şərtlərimizi qəbul edib, bu məsələni həll etməlidir ki, hər kəs öz sərhədinin harada olduğunu bilsin”, - deyə dövlət başçısı bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Qarabağdakı türk hərbçilər ilk dəfə görüntüləndi: - Video

Həyat yoldaşından Ağadadaş Ağayevin səhhəti ilə bağlı -Açıqlama

Şəhidin anası gəlini ilə ölümündən 2 dəqiqə əvvəl danışıb - Video 

Eldəniz Səlimovun cinayət işi məhkəməyə göndərilib

İcra başçısının müavininin oğlanlarının göz qamaşdırıcı maşın kolleksiyası...

Bədəndəki naməlum ağrıların səbəbi tapıldı

Türkiyəli məşhurlar xəyanətə görə ayrıldı

Operatoru öldürən məşhur aktyordan ilk açıqlama

Türkiyənin gündəmi olan cinayət: Gülərək qardaşının meyitini suladıqlarından danışdı - Video 

Ən çox oxunanalar