Çərşənbə, 25 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

İkinci "Yüksəliş" müsabiqəsinin onlayn mərhələsinin nəticələri açıqlanıb

"Yüksəliş" müsabiqəsinin onlayn mərhələsinin nəticələri açıqlanıb.

Onlayn mərhələnin ikinci turu olan qabiliyyət üzrə imtahanda iştirak edən 6 041 nəfər namizəddən 1 202 nəfər növbəti mərhələdə (Əyani mərhələ) iştirak etmək hüququ qazanıb.

Növbəti mərhələyə uğurla keçən namizədlərin 964-ü kişi, 238-i qadındır. Ümumilikdə növbəti mərhələyə keçən iştirakçılar arasından Bakı, Sumqayıt, Gəncə və Daşkəsən şəhərlərindən olan namizədlər üstünlük təşkil edir.

Öncədən də bildirildiyi kimi, müsabiqədə ədalətli rəqabəti təmin etmək məqsədilə test sualları bir çox beynəlxalq sistemdə tətbiq edilən T-şkala ilə qiymətləndirilib. T-şkalası təhsil üzrə test xidməti tərəfindən təsdiqlənən və bir çox beynəlxalq imtahanlarda (Toefl, GMAT, SAT və s.) tətbiq olunan üsuldur. Təyin edilən norma bütün iştirakçıların sualları cavablandırma nəticələrinin əsasında müəyyən edilir, yəni blok və variant üzrə çoxlu sayda suallara doğru cavab verən iştirakçıların sayı artdıqca T-bal nisbətən aşağı, belə iştirakçıların sayı azaldıqca T-bal nisbətən yuxarı olur. Nəticələrə əsasən maksimal T-bal 744, o cümlədən, keçid balı 560 təyin edilib. Ümumilikdə isə 14 nəfər 700 baldan yuxarı bal toplayıblar.

Qarşıda iştirakçıları müsabiqənin əyani mərhələsi gözləyir. Əyani mərhələ “Qabiliyyət üzrə yoxlama” və “İdarəetmə bacarıqları” üzrə olmaqla 2 imtahandan ibarətdir. Əyani mərhələnin “İdarəetmə bacarıqları üzrə imtahan”ına yalnız “Qabiliyyət üzrə yoxlama imtahan”ından uğurla keçən iştirakçılar buraxılacaq.

“Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət qurumlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.

Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Bakının bu qəsəbəsindən 4 qızı aparıb xaricdə satdılar

Prezident Cavid Qurbanovu nazir müavini təyin etdi

"Çox keçməz ki, Rusiya qarşısında qalib Ukraynanı görəcək" - Qubad İbadoğlu

Mövlam Şıxəliyevin səs yazısı açıqlanıb, məhkəmədə ara qarışıb

Prezidentin təyin etdiyi yeni nazir müavini kimdir? - Dosye

Samir Məmmədov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib

Naxçıvan xariqələri: Muxtar Respublikada mebel monopoliyasına Iğdırlı iş adamı baxır

Rektor təyin etmək üçün 150 min manatını aldı: Sabiq vəzifəli şəxsin cinayət əməlləri

144 saylı baxçanın müdiri yarım milyonluq villanı hansı pulla tikdirib? - Fotosənəd

DSX əsgərinin intiharına görə komandirə ağır cəza verildi

Ən çox oxunanalar