Bazar, 20 İyun 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

İki xəstəxanada kobud pozuntular aşkarlanıb, sənədlər prokurorluqdadır

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində yoxlamaları davam etdirir.

AQTA-dan PİA.az-a verilən məlumata görə, yoxlamalar zamanı Xaçmaz Rayon Mərkəzi Xəstəxanası və Siyəzən Müalicə Diaqnostika Mərkəzində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və xəstələrin qidalanmasının təşkili sahəsində tələblərin kobud şəkildə pozulması faktları aşkar olunub.

Bu faktlara hüquqi qiymət verilməsi üçün sənədlər toplanaraq Baş Prokurorluğa təqdim olunub.

Qeyd edək ki, tibb müəssisələrində həyata keçirilən nəzarət tədbirləri çərçivəsində xəstələrin qidalanma rejiminin təşkili, ərzağın keyfiyyəti, qida bloklarının sanitar-texniki və sanitar-gigiyenik vəziyyəti və qida təhlükəsizliyi tələblərinə əməl olunması yoxlanılır.

Yoxlamaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Fulya Öztürkdən Turan İbrahimova cavab: "Əlinizi vicdanınıza qoyun"

“Danışa bilmir” deyilən Əkrəm Əylislidən açıqlama

“Bizim problemimizi ancaq Putin həll edə bilər...”

Qanı batırılan və unudulan vəkil - İlham Rəhimovun verdiyi vədin sonu nə oldu?

Yenə EGE Hospital: 8 iznsiz əməliyyat, klebsiella mikrobu, 80 min ziyan, koma...

“Fulya Öztürk haqqında çəkiləcək film yersizdir” - Turan İbrahimov

Rusiya düşməndirsə, o zaman 3+3 platforması necə qurulacaq?

Ən çox oxunanalar