Cümə, 20 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

İki azərbaycanlı İrəvanda taksiyə mindi: Sürücü görün nə etdi 

Ermənistanda hökm sürən acınacaqlı vəziyyət, ölkədəki sosial-iqtisadi mənzərə erməniləri başqa ölkələrə qaçmağa vadar edir.

Bu proses isə 44 günlük müharibədən sonra da intensiv xarakter daşıyır. Son günlər isə ermənilərin bu qaçış prosesinə don geyindirmək cəhdləri müşahidə olunmağa başlayıb.

Belə ki, sosial şəbəkənin erməni seqmentində Ermənistanda sərbəst şəkildə dolaşan azərbaycanlılar barədə şərhlər yer alıb.

Erməni sosial şəbəkə istifadəçisi Artur Kazaryan İrəvanda taksi sürücüsü ilə arasında baş vermiş hadisə barədə hekayədən bəhs edib.

Sürücünün sözlərinə görə, bu günlərdə onun avtomobilinə iki nəfər minib. Onların danışığından azərbaycanlı olduğunu anlayan sürücü müştərilərindən imtina edib. Bu zaman onlar patrul çağırıb şikayət ediblər. Polis sənədi yoxlayarkən onların həqiqətən də azərbaycanlı olduğu üzə çıxıb.

Sürücü bildirib ki, sərhədçilər rəsmi şəkildə azərbaycanlıları ölkəyə buraxıb.

Bu cür söhbətlər bir çox erməni sosial şəbəkə istifadəçisi tərəfindən vahiməyə səbəb olsa da, əslində məsələnin mahiyyətində başqa məqamın dayandığı görünür. Belə ki, Artur Kazaryan sonda taksi sürücüsünün evini sataraq ölkədən getməyi planlaşdırdığını “türklərlə” birlikdə yaşamaq istəmədiyini qeyd edib.

Bu məqamın özü erməni cəmiyyətindəki Azərbaycan və onun xalqına qarşı düşmənçiliyin ifrat səviyyədə olmasından xəbər verir. Bununla belə, riyakarlıq abidəsi ermənilər bu amildən ölkəni tərk etmələrinə bəhanə kimi istifadə edirlər.

Taksi sürücüsünün bəhs etdiyi əhvalat cəfəng olsa da, bir çox ermənilər üçün ələ düşmüş fürsət sayılır. Acınacaqlı həyat şəraitindən bezən ermənilər sürətlə Ermənistanı tərk edir. Bunun üçün isə ən kiçik arqument belə məqbul hesab olunur. (oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Elman Rüstəmovun qızının borcu 15 milyona çatır – Fotofakt

Müharibə əlillərinə ayrılan 50 milyon niyə yoxa çıxıb? - Prezidentin fərmanı ilə vəsait ayrılıb, ancaq...

Xoşqədəm Hidayətqızının həbsi tələb olunur - Xüsusi ittiham qaydasında məhkəməyə verildi

"40 direktor ona hesab və hesabat verir..." – Deputatdan sensasiyalı açıqlamalar

İlham Əliyevlə Nikol Paşinyan bu ay görüşə bilər

Fransa səfiri yazıçı Kəramət Böyükçöllə görüşüb

Azərbaycana daha bir neçə ölkədən uçuşlara icazə veriləcək

Taksi sürücülərindən inanılmaz etiraflar: "Bir erməninin yaratdığı şirkət..."

Aİ bütün Ukrayna mallarına rüsumları ləğv etdi

Ən çox oxunanalar