Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İjevsk qatilinin niyə həmin məktəbi seçdiyi məlum oldu - Video

Kadrlarda qatilin köynəyində svastika işarəsi xüsusi diqqət çəkib...

“Onun neofaşist baxışlarına və nasist ideologiyasına sadiqliyi barədə yoxlamalara başlanılıb”, - deyə İK-nın məlumatında deyilir.

Bundan başqa, qatilin arsenalının fotoları da paylaşılıb. Bu, “Makarov” tapançası və üzərində “nifrət” yazısı olan 20-yə yaxın daraqdır.

İstintaq Komitəsi artıq hücumçunun kimliyini müəyyən edib. Məlum olub ki, bu, 1988-ci il təvəllüdlü Artyom Kazantsevdir. O, elə həmin məktəbi bitiribmiş.

Xatırladaq ki, bu gün şəhərin 88 saylı məktəbində dəhşətli hadisə baş verib. Belə ki, qara geyimli şəxs sinif otağına girərək iki tapançadan böyüklərə və uşaqlara atəş açıb. Bundan sonra o, dördüncü mərtəbədəki kabinetə girərək qapını bağlayıb və intihar edib. Təhlükəsizlik qüvvələri onun meyitini tapıblar.

Son məlumatlara görə, atışma nəticəsində ölənlərin sayı 13-ə çatıb, onlardan yeddisi uşaqdır. 14-ü uşaq olmaqla daha 21 nəfər isə xəsarət alıb.

Sentyabrın 26-dan 29-dək Udmurtiya Respublikasında ölənlər üçün matəm elan edilib.

pia.az 


Etiket: Qatil


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar