Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

II Qareginin Qarabağa səfəri... - Niyə hələ də, Qarabağda cinayətkar qurumlar mövcuddur?

Rusiya sülhməramlılarının separatçı qurumun qoruyucusu kimi çıxış etməsi nədən xəbər verir?..

Politoloq: “Rusiya sülhməramlılarının seperatçıları qorumaq məsələsini biz seçkilərdən sonra daha ətraflı danışa bilərik. Çünki seçkilərə qədər Kreml İrəvanla bu tonda davranmağa məcburdur”.

Ağdamda, Kəlbəcərdə, Laçında, Şuşada seperatçı rejim məhv edildiyi və Araikin rəhbərliyinə son qoyuldu. Belə bir gün Xankəndində də olacaq”.

Bu sözləri politoloq Turan Rzayev ermənilərin katalikosu II Qaregin Qarabağa səfərini və Araik Arutyunyanın Dağlıq Qarabağın müstəqilliyi ilə bağlı ifadələrini PİA.az-a şərh edərkən qeyd edib.

Bu həftə sonlarında bütün ermənilərin katalikosu II Qaregin Laçın dəhlizindən keçib Qarabağa gəlib və orda dini ayinlər keçirərək separatçıları Azərbaycana qarşı mübarizədə ruhlandırdı. Belə məslələrdə sülhməramlıların ikili standartlardan çıxış etməsi və məsələyə iki üzlü yanaşması da ortadadır.

Həmçinin separatçıbaşı Araik Arutyunyan da Qarabağda erməni kəndinin sakinləri ilə görüşündə deyib ki, bizim əsas hədəfimiz “Artsax”ın müstəqilliyidir. Və müstəqillik uğrunda mübarizənin alternativi yoxdur. Fikrini davam etdirən separatçı bildirib ki, Dağlıq Qarabağın Azərbaycan tərkibində olması istisnadır.

Azərbaycan tərəfi belə halların qarşısının alınması üçün bütün qətiyyəti ilə çalışır? Ümumiyyətlə Araikin rəhbərlik etdiyi cinayətkar qurumun hələ də mövcud olması və Rusiya sülhməramlılarının separatçı qurumun qoruyucusu kimi çıxış etməsi nədən xəbər verir?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “İndiki həssas məqamda II Qaregin separatçıları Azərbaycana qarşı mübarizədə ruhlandırması onu din xadimi kimi yox, təxribatçı, siyasi qərarların pozuçusu kimi qələmə verməyimizə əsas verir”.

Rəsmi Bakının əvvəlcədən ermənilərin katalikosu II Qaregin bu səfəri ilə bağlı məlumatlı olduğunu düşünən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, böyük ehtimalla katolikosun Qarabağa səfərinə icazə rəsmi bakı icazə verib:

“Təbii ki, ermənilərin katalikosu II Qaregin rahat şəkildə Laçın dəhlizindən istifadə edərək Qarabağa gəlməsi və orada bu ifadələri işlətməsi doğru deyil. Rusiya sülhməramlılarının bir çox məsələlərdə, xüsusilə Qarabağa gəlib-gedənlərin timsalında vəzifələrdən kənara çıxdıqlarını deyə bilərik. Amma çox güman ki, II Qaregin Qarabağa gəlməsindən Azərbaycan tərəfin xəbərdar olub. Bu Azərbaycanın dini etiqadlarla yanaşı, erməni vətəndaşlarının da dini etiqadlarına qarşı göstərdiyi humanizm və etimadın göstəricisidir. Böyük ehtimalla bu səfərə rəsmi Bakı icazə verib.

Amma II Qaregin Qarabağda işlətdiyi ifadələr onun heç də din xadimi olaraq oraya gəldiyini göstərmir. Düşünürəm ki, Azərbaycan tərəfi də elə bunu istəyirdi. Yəni onun Qarabağa gəlməsi və siyasi motivli ifadələr işlətməsi onun növbəti dəfə Qarabağa gəlməsinin qarşısını alacaq. Biz katolikosun separatçılıq, pozuculuq işi ilə məşğul olduğunu deyə bilərik. İndiki həssas məqamda II Qaregin separatçıları Azərbaycana qarşı mübarizədə ruhlandırması onu din xadimi kimi yox, təxribatçı, siyasi qərarların pozuçusu kimi qələmə verməyimizə əsas verir.

Turan Rzayev: “Azərbaycanın hələ ki, səsini çıxarmaması zəifliyimizə dəlalət eləmir. Sadəcə olaraq bu siyasi əsaslardan doğan zəmanətdir”.

Düşünürəm ki, bu kimi halların qarşısını almaq üçün ölkə rəhbərliyi kifayət qədər işlər görür. Bu istiqamətdə hansısa işlərin yarımçıq getdiyini deyə bilmərik. Çünki yeri gələndə sülhməramlılara qarşı da iradlar bildirilir. Digər tərəfdən də Azərbaycan bölgəyə qanuni və qanunsuz daxil olan hər bir şeydən xəbərdardır. Azərbaycanın hələ ki, səsini çıxarmaması zəifliyimizə dəlalət eləmir. Sadəcə olaraq bu siyasi əsaslardan doğan zəmanətdir.

Bu məsələnin görünməyən tərəfləri var. Məsələ katolikosun Qarabağı ziyarət edib getməsi qədər asan deyil. Yəni əgər rəsmi Bakı ermənilərin katalikosu II Qaregin Qarabağa səfərinə icazə verməsəydi Qərb bunu çox sərt şəkildə qarşılayacaqdı. Onlar Azərbaycanı qarşı dini etimadsızlıq günahlandıracaqdılar. Htsab edirəm ki, II Qareginin regiona səfərinə icazə verilməsi məhz buna görə idi. Bildiyimiz kimi Fransa başda olmaqla Avropa regionda ermənilərin inanclı və irs məsələsinə qatı mövqe sərgiləyirlər. Azərbaycan tərəfi də bu tipli siyasi manevr etməklə ona göstərir ki, erməni dini liderinə verilən etimadan istifadə edilir.

Turan Rzayev: “Ermənistanın edəcəyi ciddi səhvlər bu dəfə bütövlükdə Qarabağın, eləcə də Qarabağda olan xunta rejiminin də silahlı qüvvələrimiz tərəfindən məhvinə gətirib çıxardacaq”.

Araik Arturyana gəlincə isə, o, əli cinayətkarın nə deməsinin bizim üçün heç bir əhəmiyyəti yoxdur. Çünki o müharibə öncəsi də kifayət qədər belə ifadələr işlədirdi. Hətta Araik Azərbaycanın bəzi rayonlarının işğal ediləcəyini də deyirdi. Ümumiyyətlə biz erməni təfəkkürünə, psixologiyasına baxsaq görəcəyik ki, onlar daim mif təxəyyülü ilə yaşayırlar. İndi də Araikin dedikləri söz yığınıdır. O sözlərin heç bir siyasi əsası yoxdur.

Biz Araik Arutyunyanı siyasi güc mərkəzi kimi qiymətləndirməməliyik. Çünki onun heç bir siyasi gücü yoxdur. O seperatçıdır və təxribatla məşğuldur. Məlumdur ki, Ağdamda, Kəlbəcərdə, Laçında, Şuşada seperatçı rejim məhv edildiyi və Araikin rəhbərliyinə son qoyuldu. Belə bir gün Xankəndində də olacaq. Buna görə də rəsmi Bakı Araikə heç bir cavab verir. Həm də əgər rəsmi Bakı Araikə cavab verəsə, bu zaman seperatçılar və onun səviyyəsinə düşməsi kimi görünə bilər. Düşünürəm ki, Araik Arturyanın da istədiyi budur. Beləliklə də o özünün Bakı ilə Xankəndi arsında olan siyasi statusunu təmin etmək istəyir.

Onun sözlərinin heç bir ciddiyyəti yoxdur. Çünki biz Laçın dəhlizinə möhtac olan bir xuntadan danışırıq. Bu xunta 4 tərəfli Azərbaycan siyasi qüvvələri ilə mühasirədədir. Günü bu gün biz həmin əraziləri ala bilərik. Sadəcə siyasi proseslərin görünməyən tərəfləri var. Bu tərəflər də bizi hələlik bu intervalda getməyə məcbur edir.

Turan Rzayev: “Kreml seperatçıları himayə etdiyini, Ermənistan hakimiyyətinin yanında olduğunu göstərərək prosesi tənzimləməyə çalışır”.

Rusiya sülhməramlılarının seperatçıları qorumaq məsələsini biz seçkilərdən sonra daha ətraflı danışa bilərik. Çünki seçkilərə qədər Kreml İrəvanla bu tonda davranmağa məcburdur. Tək Qarabağ məsələsində deyil, bir çox məsələlərdə rəsmi Kreml Ermənistanla ehtiyyatla danışır. Bu gün Ermənistanda Paşinyan hakimiyyətdədir. O da seçkilərə koalisyon hökumətlə getmək istəyir. Yəni Paşinyan digər Qərb partiyaları ilə birləşib hakimiyyətə yenidən gəlmək istəyir ki, Rusiya təsirindən azad olsun. Bunu da Kreml çox yaxşı bilir. Buna görə də Kreml seperatçıları himayə etdiyini, Ermənistan hakimiyyətinin yanında olduğunu göstərərək prosesi tənzimləməyə çalışır.

Biz Ermənistanda parlament seçkilərinin nəticələrindən sonra tam fərqli vəziyyətlə rastlaşa bilərik. Ən əsas biz Kremlin İrəvana qarşı ritorikasının dəyişdiyini görə bilərik. Yəni Ermənistanın edəcəyi ciddi səhvlər bu dəfə bütövlükdə Qarabağın, eləcə də Qarabağda olan xunta rejiminin də silahlı qüvvələrimiz tərəfindən məhvinə gətirib çıxardacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar