Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İdman Akademiyasında özbaşınalıqlar – Rektor Fuad Hacıyev peşəkar kadrları uzaqlaşdırıb

İdman Akademiyasının ixtisası “yeyinti” olan rektoru Qazax Xeyriyyə cəmiyyətinin üzvü imiş

Rektor Fuad Hacıyev akademiyada təmizləmə əməliyyatı keçirib peşəkar kadrları uzaqlaşdırıb ..

Rektor Akademiyanın xırda yeməkxanasının təmirinə 3 dəfəyə 119768 + 117229 + 103476 = 340 min 476 manat pul xərcləyib…

Və idmanın inkişafında xidməti üçün 3-cü dərəcəli “Vətənə Xidmətə görə” ordeni alıb

İdman bu gün müasir dünyada ilkin təyinatından başqa həm də siyasi rol kəsb edib.

Bəli, mübaliğəsiz demək olar ki, yüz minlərin, milyonların seyr etdiyi idman yarışları həm də milləti və dövləti dünyada tanıtmaq üçün böyük rol oynayır.

Bu Azərbaycan kimi müstəqilliyini təzə əldə etmiş, gənc dövlətlər üçün xüsusilə vacibdir.

Təsəvvüvr edirsiniz, idman yarışlarında qələbə çalan idmançımız Azərbaycanın adını və bayrağını ucaldır və ən əsası bunu milyonlarla tamaşaçı görür.

Bütün bunları nəzərə alan cənab Prezidentimiz ölkədə idmanın inkişafına xüsusi qayğı göstərir, Olimpiya stadionlarının inşasına dövlət vəsaiti ayırır.

Bəs, bunun qarşılığında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, ixtisası “yeyinti” olan Fuad Hacıyev hansı işləri görür?

Məlumat üçün qeyd edək ki, Odessa Yeyinti Sənayesi Texnologiyası İnstitutunu bitirən Fuad Hacıyev bir müddət Gömrük Komitəsində çalışıb, 2015-ci il tarixdən isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektorudur.

İdmana heç bir dəxli olmayan şəxsin İdman Akademiyasına rəhbərlik etməsi əsl komediya mövzusudur. Bu barədə ötən yazımızda bəhs etdiyimiz üçün bundan yan keçirik. Rektor olduğu 6 il müddətində idmanımızın xeyri üçün heç bir iş görməyən Fuad Hacıyev həm də Qazax Xeyriyyə cəmiyyətinin üzvüdür.

Görəsən, rəhbəri olduğu akademiyada rüşvət almaqdan başqa heç bir xeyirxah iş görəməyən cənab rektor Qazaxlılar üçün hansı xeyriyyə işlərini görüb?

Rektorun daha bir qəbahəti Akademiyadakı Ulu Öndər Heydər Əliyev muzeyinin fəaliyyətinə xitam verməsidir.

Qoy bu barədə təhsil naziri Emin Əmrullayev düşünsün.

İdman aləmindən zərrəcə başı çıxmadığı üçün Fuad Hacıyev rektor olan kimi peşəkar idman kadrlarını akademiyadan uzaqlaşdırdı.

İdman sahəsində kəmsavad olduğu üçün Fuad Hacıyev hətta rektorluğun və Elmi Şuranın iclaslarını keçirmir. Keçirsə, yeyinti mütəxəssisi idmandan nə danışa bilər?

Deməli, qısa müddətdə Fuad Hacıyev akademiyada təmizləmə əməliyyatı apararaq peşəkar kadrları min cür bəhanə ilə işdən uzaqlaşdırıb və “yeyintiyə” başlayıb.

Rektor Fuad Hacıyevin sayəsində akademiyadakı QABİLİYYƏT İMTAHANLARI sözün həqiqi mənasında rüşvət mənbəyinə çevrilib.

Rektor idmana heç bir dəxli olmayan şəxsləri nəyinsə qarşılığında akademiyaya işə qəbul edir.

Təsəvvür edirsiniz, rektor müəllimləri attestasiya ilə hədələyir, imtahan suallarını isə tələbələrdən gizlədir ki, pul qazansın.

İmtahanlardan qazandığı pullar rektora azlıq etdiyi üçün Fuad Hacıyev təmir və tikinti adı altında yüz minlərlə dövlət vəsaitini mənimsəyib.

Məsələn, rektor Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yeməkxanasının təmir edilməsi üçün 3 dəfə pul ayırıb.

Birinci dəfə 119 min 768 manat vəsait yeməkxananın təmiri üçün ayrılıb. Və təmiri “Kleon” MMC adlı şirkət həyata keçirib. Bunun ardından yeməkxananın təmiri üçün ikinci dəfə 117 min 229 manatı “Sapfir” MMC-yə verib.

Gözü doymayan rektor hətta üçüncü dəfə yeməkxananın təmiri üçün “Puta-2015” MMC-yə 103 min 479 manat vəsait ayırıb.

Deməli, acgöz rektor xırda bir yeməkxananın təmirinə, nə az, nə çox, 119768 + 117229 + 103476 = 340 min 476 manat pul ayırıb.

Və nəticədə rektor Fuad Hacıyev gənclərlə iş sahəsində səmərəli fəaliyyətinə, bədən tərbiyəsi və idmanın inkişafında xidmətinə görə 3-cü dərəcəli “Vətənə Xidmətə görə” ordeni alıb. (AZƏRBAYCANREALLIĞI.COM)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Ən çox oxunanalar