Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İdeal”ın keçmiş sahibi məhkəmədə sualları cavablandırıb

“İdeal”ın keçmiş sahibi məhkəmədə sualları cavablandırıbİlqar İsmayılov
Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

PİA.az-ın xəbərinə görə, hakim Əli Məmmədovun sədrlik etdiyi iclasda təqsirləndirilən şəxs tərəflərin suallarını cavablandırıb.

O bildirib ki, 2013-2016-cı illərdə 680 min manat mənimsəməsi ilə bağlı ittihamla əlaqədar istintaq materiallarında olan qəbzlərdən yalnız öz imzası olanları təsdiq edir: “Mənə 2017-ci ildə eyni ittihamla cinayət işi başlanan zaman audit şirkəti rəy vermişdi ki, şirkətin kassasına edilən mədaxillər, yəni mənim ödədiyim pullar məxariclərdən - çıxardığım vəsaitdən çoxdur. Həmin vaxt audit mənim mədaxil qəbzlərimi də nəzərə almışdı. Bu rəyə əsasən də 2017-ci ildə başlanan cinayət işinə xitam verilmişdi. Bu cinayət işində yenə də həmin audit şirkəti eyni dövrdə guya mənim mənimsəməyə yol verməyim barədə rəy verib. Halbuki audit zamanı mənim yalnız kassadan məxaric qəbzlərim nəzərə alınıb, mədaxil qəbzləri isə ümumiyyətlə rəyə daxil edilməyib”.

Təqsirləndirilən şəxs əlavə edib ki, “İdeal Kompani”nin kassa əməliyyatları ilə bağlı bütün məlumatlar şirkətin mühasibatlığındakı proqram təminatında mövcud olub və həmin proqram təminatı fləşkart vasitəsilə istintaq tərəfindən götürlüb.

İ.İsmayılov deyib ki, 2013-2014-cü illər ərzində ona bankdan 5 milyon manatlıq kredit xətti açılıb: “Həmin kreditlər mənim adıma olsa da, qəpiyinədək “İdeal Kompani”yə mədaxil edilib və şirkətin inkişaf etməsi, əlavə mağazaların açılması və kapitalın artırılmasına sərf edilib. Kreditləri də mən ödəmişəm”.

İş adamı suallara cavab olaarq bildirib ki, şirkətin dividentləri ilə bağlı hər ay təsisiçilər arasında toplantı keçirilərək pay bölgüsü aparılsa da, bu, qanunvericilikdə nəzərədə tutulmuş qaydada Ümumi Yığıncaqda rəsmiləşdirilməyib və digər təsisçinin istəyinə uyğun olaraq qeyri-rəsmi həyatat keçirilib”.

İ.İsmayılov daha sonra ittiham və iş üzrə zərərçəkmiş qismində tanınan “Adore Kompani”nin nümayəndələrinin, həmçinin məhkəmənin suallarını cavablandırıb.

Növbəti proses iyulun 5-nə təyin edilib.

Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.

Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. (Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar