Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra başçısının "10 manatlıq" şirkəti milyonluq tenderleri qazanır

Zaqatala Rayon İcra Hakimiyyəti “İstehsal Təmir Sahəsi” MMC ilə maliyyə dəyəri 11 103.6 AZN olan müqavilə imzalayıb.

PİA.az Hit.az-a istinadən xəbər verir ki, müqavilədə Zaqatala şəhər 12 saylı körpələr evi-uşaq bağçasının böyük qrup otaqlarının təmiri işlərinin satin alınması nəzərdə tutulur.

“İstehsal Təmir Sahəsi” MMC 22 oktyabr 2001-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Zaqatala rayonu, Zaqatala şəhərində yerləşən MMC-nin qanuni təmsilçisi Şitayev Məmməd Şəmsəddin oğludur.

Şirkət bundan əvvəl Zaqatala Rayon İcra Hakimiyyətinin inzibati binasında cari təmir işləri həyata keçirib. Bunun müqabilində MMC-yə 17 239.8 AZN ödənilib.

Araşdırmalar göstərir ki, “İstehsal Təmir Sahəsi” MMC əsasən ZaqatalaBalakən rayonlarının yerli qurumlarının keçirdiyi satınalma müsabiqələrinin qalibi olub. Bu da təsadüfi deyil. İddialara görə, MMC Zaqatalanın icra başçısı Mübariz Əhmədzadənin nəzarətindədir.

Mübariz Əhmədzadə 2009-cu ildən Zaqatalanın icra başçısıdır. Bundan əvvəl 2 il Qax rayonuna rəhbərlik edib. O, Meliorasiya və Su Təsərrüfatı ASC-nin keçmiş sədri Əhməd Əhmədzadənin qardaşıdır. Əhməd Əhmədzadə 1993-cü ildən meliorasiya və su təsərrüfatına rəhbərlik edirdi. Prezident İlham Əliyevin 2 aprel 2021-ci il tarixli sərəncamı ilə vəzifəsindən azad edilib. Əhməd Əhmədzadə oliqarx məmurlardan hesab edilir. Yaxın çevrəsində onu “Baron” ayaması ilə tanınır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar