Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra başçısından açıqlama: “Üç gün sonra yenə yanğın oldu”

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi Rzayev rayonda son dörd gün ərzində iki böyük yanğının baş verməsi haqda danışıb.

İcra başçısı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu gün səhər saat 07:00 radələrində rayonun “Təza bazar”ında qısa qapanmadan yanğın başlayıb: “Yanğın barədə məlumat alan kimi hadisə yerinə gəlmişik. Hazırda polis rəisi, müavinləri, fövqəladə hallar komissiyasının sədri də buradadır. Tərtər, AğdamYevlax rayonlarından yanğınsöndürənlər də cəlb edilib. Yanğın demək olar ki, lokallaşdırılıb və söndürülüməsi üçün tədbirlər görülür. İlkin məlumata görə, güclü külək nəticəsində bazarın üzərindən keçən naqillərdə qısaqapanma olub və oradan yanğın başlayıb”.

V.Rzayev qeyd edib ki, bazarda minə yaxın obyekt yerləşir və ilkin məlumata görə, 60 obyekt yanıb: “Yanğının digər obyektlərə keçməsinin qarşısı alınır. Təxminən 1 000 kvadratmetr ərazi yanıb, əsasən geyim dükanları və ərzaq mağazalarıdır. Bəzi mağazalarda generatorlar, plastik manekenlər olub ki, onlar da tezalışan materiallardır və yanğının söndürülməsini çətinləşdirir. Həmçinin, hazırda güclü külək də işə maneə olur”.

İcra başçısı bildirib ki, mayın 23-də baş verən yanğınla bugünkü yanğının əlaqəsi yoxdur: “İlkin informasiyaya görə, hər hansı cinayət və ya təxribat əməli yoxdur, təsadüfi ardıcıllıqdır. Bir neçə gün öncə baş verən yanğın çayxanada qaz balonunun partlaması nəticəsində baş vermişdi. Həmin vaxt dördü ciddi olmaqlar 10 mağazaya zərər dəyib, onlardan isə yalnız birinin sığortası olub. İndiki yanğında isə bazar rəhbərliyi daşınmaz əmlakı sığorta etdirməlidir. Yanğın söndürüləndən sonra bu məsələni araşdıracağıq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar