Çərşənbə, 04 Avqust 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

İcra başçısı vətəndaşların müraciətinə yerində baxıb

Ölkə Prezidenti İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş amili dayanır.

Son illər ölkə Prezidentinin rəhbərliyi altında həyata keçirilən bütün işlər, uğurla icra edilən layihələr vətəndaş məmnunluğunun təmin edilməsinə yönəldilib. Ölkə başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyatı üzrə verdiyi tapşırıq və tövsiyələr də bir daha onu sübut edir ki, vətəndaş amili hər zaman ön planda olmalıdır.

Dövlət başçısının vətəndaşlara göstərdiyi qayğı Qazaxda da hər zaman örnək götürülür. Bu, rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğıda, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşmasında öz real əksini tapır. Ən əsası da illər öncə əsası qoyulan ənənə bu gün də olduğu kimi davam etdirilir.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun icra aparatının məsul şəxsləri, Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsinin layihə rəhbəri Sədi Namazov, layihə rəhbərinin köməkçisi Azər Salmanovla birlikdə şəhərin Şah İsmayıl Xətai küçəsində yaşayan Əsədov Samir Nizami oğlunun və Əliyev İlham Həsən oğlunun müraciətlərinə yerində baxış keçirməsi vətəndaşlara olan qayğının əyani göstəricisidir. Vətəndaşların Əliağa Şıxlinski küçəsində yerləşən onlara məxsus sahibkarlıq obyektinin yanında parsel bacasının qoyulması ilə bağlı müraciətlərini dinləyən icra başçısı sakinlərə öz aralarında razılığa gəlmələrini tövsiyə edib və çəkiliş aparılması üçün aidiyyatı üzrə lazımi tapşırıqlar verib.

Vətəndaşlar onlara göstərilən diqqətə, qayğıya, müraciətlərinə operativ şəkildə baxılmasına görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər.

pia.az 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

General Hikmət Həsənov vəzifəsindən azad edildi

İranın Ermənistandakı səfirindən “qardaşcasına addım” - Azərbaycanla sərhəddə gəlib...

Sülhməramlıların mandat problemi... - Azərbaycanla Rusiya arasında gərginlik artır?

Havaya sovrulan milyonlar: Sadıq Sadıqov istefa verəcəkmi?

"Səni bu cəmiyyətdə "50 manatlıq" kimi tanıyırlar" 

Koronavirusu “öldürən” 12 lider qida - Siyahı

Vilayət Eyvazov iki polis rəisini vəzifədən uzaqlaşdırdı– Məşhur gecə klublarını himayə etdiklərinə görə…

"İndi kiminsə kadrıdır deyə, mandatı “zanit” etməlidir?" - Könül İsmayılova

Sevda Əli Mirəliyevi yıxdı-sürüdü: “Hanı sənin şərəfin, ləyaqətin?“

Ən çox oxunanalar