Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra başçısı müharibə əlilini ziyarət etdi - Fotolar

26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri günü ərəfəsində Vətən Müharibəsi əlili Quluzadə Kamal Teyyub oğlunun ailəsi ziyarət olundu.

“Azərbayacan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında ”Azərbaycan Respublikası Prezidentinin 25.01.2021-ci il tarixli 2495 nömrəli Sərəncamının icrası ilə əlaqədar Nəsimi rayonundan Vətən müharibəsi əlilinə Maştağa qəsəbəsində tam kommunal şəraitli, yaşayış üçün bütün tələblərə cavab verən yeni mənzil verilib.

Nəsimi rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və qayğı ilə yanaşılır. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirir.
26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri günü ərəfəsində Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı və rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, yeni mənzilə köçməsi ilə əlaqədar Vətən Müharibəsi əlili Quluzadə Kamal Teyyub oğlunun ailəsini ziyarət edərək, ailəyə yeni mebel dəsti hədiyyə edib.

Ailə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

“Qarabağ” Avropada 26 ölkənin bütün klublarını qabaqlayır 

Şirvanda görkəmli akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib

Ən çox oxunanalar