Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İcra baçıları həbs edilən rayonların deputatları istefa versin” - Partiya sədri

“Həbs edilən icra baçılarının sayı artır, amma o rayonların deputatları hələ də istefanı özlərinə borc bilmir”.

Bu barədə Real partiyasının sədri İlqar Məmmədov feysbuk hesabında yazıb.

O bir il əvvəl deputatlara etdiyi çağırışı xatırladıb və qeyd edib ki, icra başçısı həbs edilən rayonları təmsil edən deputatlar könüllü istefa verməli və yenidən seçkiyə qatılmalıdırlar:

“Birincisi, əgər prokurorluq onları bu qədər aşkar cinayətlərin törədilməsində şübhəli bilirsə və sən deputat olaraq indiyədək buna yaxın bir mövzuda ictimai çıxışlar etməmisənsə, istefa – sənin üzərinə düşən bir siyasi borcdur. İstefa ver, rayonda təzədən seçki keçirilsin. Yerli camaat səni haqlı bilərsə, deputat işini davam et.

İkincisi, ötən parlament seçkiləri haqda ATƏT-in yaydığı rəydə birbaşa deyilir ki, bir sıra yerli dövlət qurumları namizədlərə qanunsuz təzyiqlər göstərirdi və nəticədə onlar öz namizədliklərini geri götürürdülər. Bunu məhz hansı icra başçılarının etdiyini yazmasalar da, kriminal şəbəkə qurmaqda şübhəli bilinən icra başçıları şübhələnəcəyimiz bir nömrəli şəxslər olmalıdır. Beləliklə, həmin dairələrə aid deputatların üzərində istefa ikiqat siyasi borc kimi durur".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar