Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə məxsus bahalı avtomobillər - Foto

“Təsadüfən Lev Tolstoy küçəsindən işlə bağlı keçirəm - gözəl qapılar axtarıram. Aman Allah, yolun yarısını bağlayan super bahalı “BMW” avtomobillərinin “təhdidedici qara gülüşlərini” görüb köhnə sovet adamına xas olan adəti üzrə qorxdum. Ürəyim döyünürdü. Azərbaycan Respublikası Prokurorluğunun və ya Daxili İşlər Nazirliyinin binası olduğunu düşündüm. Yox, yoldaşlar! Bura, sadəcə ... Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyidir. Heyrətləndirdi! Bunlar da mütləq yüz minlərlə avroluq lüks maşın sürməlidirlər?! Eyni məbləğə onlarla sadə “Skoda” və ya “Opel” almaq olar!”

Pravda.az-ın xəbərinə görə, bunu tanınmış memar Elçin Əliyev bildirib.

“Yeri gəlmişkən, onların işi haqqında nəsə eşitmisiniz? Etiraf edin, özünüz sığortalanmısınız, yoxsa pulsuz tibbi xidmət alırsınız? Maraqlı oldu mənə, indi yolda dayanıb Agentliyin saytında “Missiyası” haqqında oxuyuram: “vaxtından və yerindən asılı olmayaraq sığorta olunanlara keyfiyyətli tibbi xidmətin olmasını təmin etmək”. Vay! Görünür, elə buna görədir ki, bu cür bahalı maşınlar təbabətimizin indiki biabırçı durumundan, rüsvayçılığından ürəkdən “narahat” olan məmurlara lazımdır!” - E.Əliyev qeyd edib.

Fotolar

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Ən çox oxunanalar