Səhiyyə Nazirliyi ibadət yerlərinin koronavirus infeksiyasının idarə olunmasına dair metodiki göstərişləri təsdiqləyib.
PİA.az xəbər verir ki, sənəddə ümumi göstərişlər aşağıdakı kimidir:
İbadət yerinin ilkin müəyyən olunmuş tutumuna uyğun olaraq, həmin məkanda eyni vaxtda olmasına yol verilən maksimum ziyarətçi sayı müəyyənləşdirilir və bu say məkan tutumunun 50%-dən çox (eyni anda ümumi olaraq 50 nəfərdən çox olmamaqla) olmaması;
Gigiyena və təmizlik, maskalardan istifadə, fiziki məsafənin qorunması və digər məsələlərlə bağlı tələblər, habelə ziyarətçi tutumu barədə məlumatı əks etdirən lövhələr ibadət yerlərinin girişlərində və daxildə yerləşdirilməsi;
İbadət yerində hazırkı Metodiki Göstərişlərə əməl edilməsinə nəzarət üçün cavabdeh şəxsin təyin edilməsi;
İbadət yerlərinə daxil olarkən və orada olan müddətdə (dəstəmaz vaxtı istisna olmaqla) mütləq şəkildə maskalardan istifadə edilməsi;
Girişlərdə əl dezinfektantları üçün nəzərdə tutulmuş dispenserlərin yerləşdirilməsi;
Girişlərdə müəyyən olunmuş şəxslər tərəfindən təmassız termometrlərlə ziyarətçilərin və əməkdaşların hərarəti ölçülməli və hərarəti olan şəxslərin içəri buraxılmaması;
Növbəliliyin və fiziki məsafənin təmin edilməsi, habelə ziyarətçilərin müəyyən olunmuş həddə saxlanılması və vətəndaşların vaxtında məlumatlandırılması məqsədi ilə ibadət saatlarında girişlərdə gücləndirilmiş nəzarətin təmin edilməsi;
İbadət edən şəxslər arasında hər tərəfdən 1,5 metrlik fiziki məsafənin qorunması və döşəmə/oturacaqlar fiziki məsafəyə uyğun olaraq işarələnməsi;
İbadət yerlərində ehsanların verilməsinin müvəqqəti dayandırılması;
pia.az