Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hücum intihar olacaq” - Rusiya Müdafiə Nazirliyində belə hesab edirlər…

Ukrayna Rusiyanın yaz hücumuna hazırlaşır, ancaq Rusiya Müdafiə Nazirliyində hər hansı bir hücum əməliyyatını intihar kimi dəyərləndirirlər…

Rusiya hərbiçiləri hücum edəcəkləri təqdirdə uğur qazanacaqlarına inanmırlar, çünki rus ordusunun keyfiyyətli texnika çatımamazlığı var.

PİA.az xəbər verir ki, bu barədə Rusiyanın “Важные истории” nəşrinin məqaləsində bildirilir.

Müdafiə Nazirliyinə yaxın mənbənin nəşrə söylədiyinə görə, hərbçilər Ukraynada strateji hücumun mümkün olmadığını başa düşürlər. Bunun üçün iki əsas səbəb var. Birincisi yüksək keyfiyyətli texnika və sursatın olmaması, ikincisi, eləcə də yüksək komandanlığın cəbhədəki vəziyyəti real qiymətləndirə bilməməsi.

“Yenidən Kiyevə getmək planları həqiqətən də var, ancaq ona görə ki, ölkə rəhbərliyi bunu tələb edir. Bu planların həyata keçirilməsinə heç kim inanmır, bu intihar olacaq”, deyə mənbə“Важные истории” nəşrinə bildirib. Mənbə cəbhədəki vəziyyəti başa düşən hərbçilərin panika içində olduqlarını deyib və qeyd edib ki, zabitlər panik vəziyyəti açıq şəkildə ifadə edirlər.

Müdafiə Nazirliyinə yaxın mənbənin sözlərinə görə, indi hərbçilər narahatdır ki, onlar Ukrayna qoşunlarının qüvvələrini toplayarkən əks-hücumunun haradan başlaya biləcəyini belə bilmirlər: “Rusiyanın hazırda yaratdığı qrup, Ukraynanın mümkün qəfil hücumun qarşısını almaq üçün Müdafiə Nazirliyinin cəbhə xəttindən uzaqda saxladığı ehtiyatdır. Bu ehtiyyatı döyüşə atmaq sonrakı mərhələdə faciə ilə nəticələnə bilər. Çünki uğursuzluq olarsa, Rusiya bütün ehtiyat bazasını itirəcək”, deyə mənbə “Важные истории” nəşrinə deyib.

Mənbə əlavə edib ki, Belarusdan mümkün hücum haqqında şayiələr düşməni öz qüvvələrinin bir hissəsini bu istiqamətdə saxlamağa məcbur etmək cəhdidir.

“Ukraynada silah tədarükünü artırmaq və sürətləndirmək üçün rusların böyük hücumundan danışa bilərlər. Həqiqətən də, Ukrayna hakimiyyətinin Rusiya hücumunun hazırlanması ilə bağlı bəyanatlarının əksəriyyəti silahlarla bağlı stələblərlərlə davam edir. Amma Rusiyanın bu hücumunun uğurlu olacağına Müdafiə Nazirliyində əmin deyillər”, deyə mənbə deyib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar