Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Horadiz “İsgəndər”lə vurulmalı idi...” - Sarkisyan

Ermənistan axmaqlıq edərək Azərbaycanın dinc sakinlərini raketlə vurdu, bu isə beynəlxalq birliyin bizi ittiham etməsinə gətirib çıxardı”.

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan “Armnyuz” kanalına verdiyi müsahibədə maraqlı açıqlamalar verib.

PİA.az xəbər verir ki, keçmiş prezident Ermənistan ordusunun oktyabr ayının əvvəlində Lələ-təpəni geri almaq üçün başladığı əməliyyatın fəlakətlə sonuclandığını, bunun nətcəsində ordunun rezerv hissələrdən məhrum olduğunu qeyd edib.

S.Sərkisyanın sözlərinə görə, Nikol Paşinyan hökuməti müharibədən öncə və onun gedişatında bağışlanmaz səhvlər buraxaraq məğlubiyyətə zəmin hazırlayıb. Onun sözlərinə görə, Şuşa məhz həmin səhvlərdən irəli gələrək “təslim edilib”. Serj Sərksyan elə müharibənin əvvəlindən Şuşanın Azərbaycan üçün əsas hədəf olduğunu vurğulayıb.

Keçmiş prezident Türkiyənin müharibənin aktiv fazsında yer aldıını bildirərək, bunun da günahının Nikol Paşinyan diplomatiyasında olduğunu söyləyib. O, Ermənistan baş nazirinin yersiz təkəbbürlə Rusiya prezidentinin rəsmi ziyarəti zamanı onu hava limanında qarşılamayaraq uşaq hərəkətinə yol verdiyini bildirib.

Serj Sərkisyan Ermənistan rəhbərliyinin müharibənin əvvələrində “İsgəndər” raketlərindən istifadə etməməsinin anlaşılmaz olduğunu söyləyib. Onun fikrincə, əsas zərbə müharibənin 4 və ya 5-ci günlərində Azərbaycanın Horadizdəki hərbi birləşmələrinə vurulmalı idi. Lakin bunun əvəzində dinc sakinlərin yaşadığı şəhərlər bombalanıb.

“Axmağın biri hətta Gəncədə hərbi hava limanını havaya uçurduqlarını söylədi. Sonradan bunun yalan olduğu ortaya çıxdı. Onlar başqa raketlərlə dinc əhalinin yaşadığı məhəllələri vurdular. Bu isə Ermənistana qarşı güclü beynəlxalq təpkiyə nədən oldu, həm də Azərbaycanın daha amansızlıqla Xankənidini bomabalamasına gətirib çıxardı.

Azərbaycan tərəfi yalnız hərbi hissələri və elektrik stansiyaları nişan alırdı”, deyə o qeyd edib. (Yeni Sabah)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar