Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hitlerin sonuncu, qaçaq əsgəri – Qartner qart qoca olduqdan sonra üzə çıxıb

II dünya müharibəsində əsir düşən alman hərbçilərindən 450 min nəfəri ABŞ-ın ayrı-ayrı düşərgələrində saxlanıb və müharibədən sonra onlar Almaniyaya təhvil verilib...

O, uzun illər ABŞ-da axtarışda olub. Amma Federal Təhqiqat Bürosunun (FTB) illər boyu keçirdiyi axtarışlar nəticəsiz qalıb. Fotoları Amerikanın ayrı-ayrı şəhərlərində insanların ən çox olduğu yerlərə vurulsa da, Georq Qartneri ələ keçirmək mümkün olmayıb...

II dünya müharibəsində əsir düşən alman hərbçilərindən 450 min nəfəri ABŞ-ın ayrı-ayrı düşərgələrində saxlanıb və müharibədən sonra onlar Almaniyaya təhvil verilib. Bu əsirlərin arasından düşərgələrdən yalnız 12 nəfər qaçmağa nail olub. Onlardan 11 nəfəri qısa müddət ərzində yaxalanaraq yenidən həbsə salınıb. Qaçanlardan yalnız Georq Qartner bütün mümkün variantlardan istifadə edərək Amerikada özünə yeni həyat qurub.

1920-ci ildə Almaniyanın (hazırda isə Polşanın) Şveydnits şəhərində anadan olan Qartner 1940-cı ildə hərbi xidmətə çğrılıb. O, Almaniya ordusunun Afrika korpusunda xidmət edib. 1943-cü ildə Qartner Tunisdə əsir düşüb. O, ABŞ-ın Nyu-Meksiko ştatında səhralıqda salınan əsir düşərgəsində saxlanılıb.
Düşərgə həyatının dözülməzliyi Qartnerin qaçmaq planlarını daha da sürətləndirib. Nəhayət, 1945-ci ilin sentyabr ayında o, düşərgədən qaşmağa nail olub. Qartner Almaniyaya qayıtmağa cəhd etməyib. Belə ki, onun uşaqlıq və gənclik illərini keçirdiyi şəhər müharibədən sonra SSRİ-nin nəzarəti altında olduğundan, Qartner özünə Amerikada yer axtarıb.

Düşərgədən qaçdıqdan sonra yük qatarı ilə Kaliforniyaya çatan Qartner ünsiyyətdə olduğu adamlara özünü başqa adla, Denis Uayls kimi təqdin edib. İlk illərdə o, Kaliforniya ştatının ucqar ərazilərində qabyuyan, fəhlə, xidmətçi, gözətçi işləyərək çətinliklə gündəlik tələbatlarını ödəyib. Ələ keçməməsi üçün Qartner tez-tez yaşayış yerlərini də dəyişib. Bu cür həyat tərzinin çox da davam edə bilməyəcəyini anlayan Vermaxt əsgəri ingilis dilini öyrənməyi vacib sayıb. Bununla yanaşı o, saqqal saxlamaqla, saç düzümünü dəyişməklə də özünü sığortalayıb.

Fiziki cəhətdən kifayət qədər hazırlıqlı olması Qartner üçün yeni iş imkanları açıb. O, xizək kompleksində təlimatçı kimi işə düzəlib. Eyni zamanda o, Denis Uayls adı ilə özünə şəxsiyyətini təsdiq edən müvəqqəti sənəd də düzəltdirib.

1952-ci ildə Qartner gözlənilmədən tutulmaq təhlükəsi ilə üzləşib. Belə ki, Serra-Nevadada sərnişin qatarı çovğuna düşəndə Qartner sərnişinlərin xilas edilməsində sözün əsl mənasında qəhrəmanlıq göstərib. Hadisə yerindən çoxsaylı jurnalistlər repotajlar hazırlayıblar. Onlardan biri Qartnerin xəbəri olmadan onun iş başındakı şəkillərini çəkib. Həmin fotolar bir neçə gündən sonra “Life” jurnalının səhifələrində dərc edilib. Xüsusi xilaskar formasında olduğundan Qartner heç kimdə şübhə yaratmayıb.
İllər ötdükcə Qartnerin tutulmaq qorxusu da azalıb. O, digər Amerika vətəndaşları kimi sərbəst hərəkət edib, əyləncəli tədbirlərə qatılıb, tibb və sığorta xidmətlərindən istifadə edib.

Qartner 1964-cü ildə rəqs gecəsində tanış olduğu Cin Klarkla ailə həyatı qurub. Cütlüyün münasibətləri normal olsa da, Klarkı Qartnerin keçmişi narahat edib. O, həyat yoldaşının haqqında heç nə bilməyib. Bu mövzu onlar arasında tez-tez mübahisələrə səbəb olub. Nəhayət, bu mübahisələrdən qurtarmaq üçün 1984-cü ildə Qartner hər şeyi həyat yoldaşına danışmağa qərar verib.

Klark həyat yoldaşına təkidlə bildirib ki, o bütün hadisələri etraf etsin, öz adıyla yaşasın, əks təqdirdə nikahın pozulacağını vurğulayıb. Bu hadisədən sonra Qartner ABŞ-da alman hərbi əsirlərinin araşdırmaları ilə məşğul olan professor Arnold Kremmerlə görüşüb. Professor ona FTB-yə təslim olmazdan əvvəl kitab yazmağı tövsiyə edib. Onlar birlikdə “Hitlerin sonuncu əsgəri” adlı kitabı ərsəyə gətiriblər. Kitab böyük populyarlıq qazanıb və bir neçə dilə tərcümə edilib.

1985-ci ildə Qartner FTB-yə təslim olmağa getməzdən əvvəl Amerikanın ən populyar verilişlərindən biri sayılan “Today Show”un qonağı olub. Həmin verilişdə o, başına gələn bütün hadisələri söyləyib. Veriliş tamaşaçılar arasında böyük əks-səda yaradıb.

FTB-yə özü haqqında məlumat verəndə rəsmilər Qartner haqqında qərar çıxarmaqda çətinlik çəkiblər. Belə ki, artıq 40 ildən sonra Qartner haqqındda açılmış cinayət işi də xətm olunub. Onun adı hərbi əsirlrin siyahısından da çıxırılmış olub. Hətta miqrasiya xidməti də onun deportasiya edilməsini vacib saymayıb.

Bununla da rəsmi qurumlar seçimi Qartnerin özünə veriblər. Qartner isə ABŞ vətəndaşlığını almaq və həmişəlik bu ölkədə yaşamaq istədiyini bildirib. Bu arzu nəzərə alınsa da, Qartnerin vətəndaşlıq alması uzun çəkib. O, yalnız 2009-cu ildə vətəndaşlıq alıb və elə həmin ildə də 89 yaşında vəfat edib.

1985-ci ildən sonra Qartner bir neçə dəfə Almaniyada olub. Bu səfərlər zamanı o, jurnalistlərə verdiyi müsahibələrdə Hitleri lənətləməklə yanaşı, SSRİ-ni də qorxunc kabus adlandırıb.

İlham Cəmiloğlu (Musavat.com)

pia.az


Etiket: Hitler Qartner


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar