Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hirkan meşələri gələn il UNESCO-nun irs siyahısına daxil olacaq

Hirkan meşələri gələn il UNESCO-nun irs siyahısına daxil olacaq.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Biomüxtəlifliyin Mühafizəsi Departamentinin direktor müavini Rəşad Allahverdiyev “Biomüxtəlifliyin mühafizəsi və davamlı istifadəsi: İdərəetmənin təkmilləşdirilməsi yolu ilə Azərbaycanın xüsusi mühafizə olunan ərazilər sisteminin gücləndirilməsi” layihəsi üzrə ilkin milli seminarda deyib.

Onun sözlərinə görə, Hirkan milli parkı unikal ərazidir: "2022-ci ilin iyun ayında Hirkan meşələri artıq UNESCO-nun irs siyahısında olacaq. Milli parkın UNESCO çərçivəsində müəyyən fəaliyyətlərin aparılması qarşımıza hədəf kimi qoymuşuq. Parkda müəyyən infrastrukturun inkişafına ehtiyac var".

Xatırladaq ki, Hirkan meşələri Xəzər dənizinin cənub-qərb və cənub sahillərini əhatə edir. Orada onlar Azərbaycanın cənub-qərbindən şimala qədər və uzunluq dairəsindən səkkiz xətdən yuxarı şərqə İranın Gülüstan əyalətinə doğru uzanan ensiz əyilmiş meşə regionunu formalaşdırır. Sahil düzənliyinin təbii meşələri insanlar tərəfindən tamamilə təmizləndiyinə və əkinçilikdə intensiv istifadə edildiyinə görə müasir dövrdə bu unikal meşə birlikləri silsiləsi Lənkəran dağlarının şimal-şərq və Əlburz dağlarının şimal yamaclarına qədər məhdudlaşıb.

Qazıntı halında tapılmış qalıqlar sübut edir ki, Hirkan meşələri 23 və 5,3 milyon il əvvəl Miosen geoloji erasında şimal yarımkürəsinin hər yerində geniş yayılmış meşə birlikləri nəslindəndir, lakin onun sərhədləri Pleistosendə baş vermiş iqlim dəyişikliyi zamanı əhəmiyyətli dərəcədə azalıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar