Bazar ertəsi, 06 Fevral 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hindistanlı hakim: “Yer üzündəki problemlərin səbəbi inəklərin kəsilməsidir”

“Yer üzünə bir damla da inək qanının düşmədiyi gün bütün problemlər həll olunacaq və Yer üzünün rifahı hökm sürəcək”...

Hindistanın Qucarat ştatının məhkəməsi inək qaçaqmalçılığında şübhəli bilinən şəxsi ömürlük həbs cəzasına məhkum edib. Hakim Samir Vinodçandra Vyas hökmü elan edərkən bildirib ki, inəklərin kəsimi dayandırılanda dünyanın bütün problemləri həll olunacaq.

“Yer üzünə bir damla da inək qanının düşmədiyi gün bütün problemlər həll olunacaq və Yer üzünün rifahı hökm sürəcək”, - deyə məhkəmənin qərarında bildirilir.

Sənəddə, həmçinin inəyin təkcə heyvan deyil, həm də ana olduğu bildirilir.

Qeyd edək ki, məhkəmədə 2020-ci ilin avqustunda 16-dan çox inəyi və buzovu qanunsuz daşıdığına görə həbs edilən Məhəmməd Əminin işinə baxılıb. Məlumata görə, yük maşınına yığılan heyvanların uzanma və yeyib-içmə şəraitləri olmayıb.

Hakim hökmü oxuyarkən bildirib ki, inəklərin keyfiyyətsiz daşınması, kəsilməsi ağrı və kədər işidir:

“İnək peyinindən tikilmiş evlər atom radiasiyasından təsirlənmir, inək sidiyi bir çox sağalmaz xəstəliklərin dərmanıdır. İnəklər bədbəxt olduqca, sərvətimiz, malımız yox olur. İnəklərin sayı kəskin şəkildə azalıb və elə bir vaxt gələcək ki, inəklərin yalnız rəsmi çəkiləcək”, - deyə hakim bildirib.

O, bu gün mövcud olan problemlərin əsəbiliyin və qaynar temperamentin yayılması ilə bağlı olduğunu vurğulayıb.

“Bunun artmasının yeganə səbəbi isə inəklərin kəsilməsidir. Bu, tamamilə qadağan olunana qədər, sattvik iqlim dəyişikliyi öz təsirini göstərə bilməz”, - deyə məhkəmə qərarını verib.

Hinduizmdə saflığı və bolluğu təmsil edən inək müqəddəs heyvan sayılır.(oxu.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İntihar edən vəkilin üzərində əlyazma aşkarlanıb - Yenilənib

“Evin pərdəsini açıb-bağlayır, mənə işarə verirdi...” - Zaqatalada olay

Prokurorluq əməkdaşları küçəyə atılan körpənin valideynlərini barkodlar əsasında tapıb

Beynəlxalq səyahətçilər Laçında yeni tikilən nümunəvi evlərdə olublar - Yenilənib

“Botoks vurduran kişilər “matışkə”dır” - Video

Ayın sonuna pul çatdırmayanlar üçün iqtisadçı çıxış yolu göstərdi

"Elit star" Cəmilə həmkarlarını rüsvay etdi - Video

Xankəndi-Laçın yolunda sülhməramlıların 34 avtomobili maneəsiz keçib - Yenilənib

İran parlamentinin sədri: “İran iqtisadiyyatı uğursuzluğa məhkumdur”

Ən çox oxunanalar