Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hikmət Hacıyevin ABŞ səfəri... - Azərbaycan özünün geosiyasi əhəmiyyətini təhlükəsizlik qarantına çevirə bilər?

Mövcud geostrateji çalxalanmaların fonunda Azərbaycanın geosiyasi əhəmiyyəti hansı səviyyədədir?..

Politoloq: “Prezidentin köməkçisinin ABŞ-a səfəri gözlənilirdi. Məsələ ondadır ki, rəsmi Vaşinqton son illər ərzində Azərbaycana qarşı mövqeyini kəskin surətdə dəyişib”.

“Rəsmi Bakı indiki məqamda balans siyasətini qoruyaraq ABŞ-la münasibətləri ən azından Rusiya səviyyəsinə gətirmək, bu yolla da həm Kremlə qarşı alternativinin olduğu təəssüratını yaratmaq, həm də milli maraqları naminə ABŞ-la bəzi məsələlərdə razılaşmaq istəyir”.

Bu sözləri politoloq Turan Rzayev Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin ABŞ səfirini PİA.az-a şərh edərkən qeyd edib.

ABŞ-da səfərdə olan Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev prezident Baydenin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanla görüşüb. Görüşdə Rusiya-ukrayna müharibəsi, Cənubi Qafqazda vəziyyət müzakirə olunub. Ceyk Sallivan Azərbaycanın Rusiya-Ukrayna müharibəsində tutduğu ədalətli mövqeyə görə rəsmi Bakıya təşəkkerlərini çatdırıb.

ABŞ-a səfər çərçivəsində prezidentin köməkçisi Hikmət Hacıyev ABŞ-da Türkiyənin Vaşinqtondakı səfiri Həsən Murat Mərcanla görüşüb. Bundan başqa Hacıyevin ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridlə də görüşü olub.

Dünyada gedən ağır geosiyasi mübarizə və Azərbaycan-Ermənistan münaqişəsinin həlli üçün cəhdlər fonunda prezidentin köməkçisi Hikmət Hacıyevin ABŞ səfərini necə dəyərləndirmək olar? Ümumiyyətlə mövcud geostrateji çalxalanmaların fonunda Azərbaycanın geosiyasi əhəmiyyəti hansı səviyyədədir və Azərbaycan yaxın zamanlarda özünün geosiyasi əhəmiyyətini təhlükəsizlik qarantına çevirə bilər?

Azərbaycan-ABŞ münasibətləri PİA.az-ın əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Azərbaycan xarici siyasətinin prioriteti olan balans siyasətindən imtina etmək istəmir. Daha fərqli desək, birtərəfli qaydada ABŞ-ın liderlik etdiyi Qərb blokuna hələlik qoşulmaq istəmir”.

Azərbaycan hələ ki, balanslaşdırılmış xarici siyasət kursuna uyğun davranmaq zərurəti içində olduğunu vurğulayan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, Bakının mövcud imkanları Vaşinqtonun istəklərini qarşılamır:

“Əvvəla, onu deyim ki, Prezidentin köməkçisinin ABŞ-a səfəri gözlənilirdi. Məsələ ondadır ki, rəsmi Vaşinqton son illər ərzində Azərbaycana qarşı mövqeyini kəskin surətdə dəyişib. Təsadüfi deyil ki, ilin əvvəlindən bu günə qədər ABŞ Prezidenti Co Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə üç təbrik mesajı məktubu göndərib. İlk başda çox sadə bir hadisə kimi görünsə də əslində belə deyil. Belə ki, hazırda 200-ə yaxın ölkə var və ABŞ heç də bütün ölkələrin rəsmi bayramlarında həmin ölkənin prezidentinə, xalqına təbrik göndərmir. Ənənəvi anqlo-sakson diplomatiyasının spesifik cəhətlərindən biri olan bayram təbriki edən ölkənin təbrik ünvanlanan ölkəyə verdiyi qiymətin, dəyərin göstəricisidir.

İndiki məqamda rəsmi Vaşinqtonun Bakıya marağının artmasının bir neçə səbəbi var:

Birincisi, 44 günlük müharibə sonrası Azərbaycanın Cənubi Qafqazda siyasi reallıqları əsaslı surətdə dəyişib.

İkincisi, Azərbaycan NATO-nun aparıcı ölkələrindən olan Türkiyə ilə münasibətlərini ittifaq səviyyəsinə qədər yüksəldib.

Üçüncüsü, Türkiyə-İsrail münasibətləri 15 ildən sonra yenidən normallaşma mərhələsinə qədəm qoyub və rəsmi Bakı iki ölkə münasibətlərinin normallaşmasında pərdəarxası vacib vasitəçi ölkədir.

Dördüncüsü, ABŞ başa düşür ki, Avropa İttifaqının Rusiya qazından birbaşa və ya tədricən imtinası mümkün deyil. Buna görə də alternativ ölkələrə ehtiyac var. Hazırda bir neçə ölkənin adı çəkilsə də, Vaşinqton üçün ən məqbul ölkə məhz Azərbaycandır. Azərbaycanın geosiyasi mövqeyi digər alternativ ölkə olan Türkmənistana həm dövlət səviyyəsində, həm də regional olaraq yaxın olması və nəhayət TAP, TANAP kimi enerji layihələrini müharibə reallıqlarına baxmayaraq, qısa zamanda yekunlaşdırması Vaşinqtonun diqqətindən yayınmayıb. Bundan başqa Azərbaycanın İran vasitəsi ilə Türkmənistan qazını da Avropaya çıxarması təbii ki, Avropanın Rusiya qazından asılılığnın azalmasına gətirib çıxarır və bu addım da Qərb ölkələri tərəfindən yaxşı qarşılanır.

Turan Rzayev: “Rəsmi Bakının bir çox mövzularda ABŞ-la ortaq düşünmədiyi də aydındır. Misal üçün Azərbaycan xarici siyasətinin prioriteti olan balans siyasətindən imtina etmək istəmir”.

Yuxarıdakı səbəbləri nəzərə alsaq Hikmət Hacıyevin çantasında birdən çox mövzunun olduğunu demək olar. Bakı bu səfərlə Baydenin təbrik məktubu üzərindən verdiyi mesajlara müsbət baxdığını qarşı tərəfə çatdırıb. Bununla belə rəsmi Bakının bir çox mövzularda ABŞ-la ortaq düşünmədiyi də aydındır. Misal üçün Azərbaycan xarici siyasətinin prioriteti olan balans siyasətindən imtina etmək istəmir. Daha fərqli desək, Azərbaycan xarici siyasətinin prioriteti olan balans siyasətindən imtina etmək istəmir. Azərbaycan birtərəfli qaydada ABŞ-ın liderlik etdiyi Qərb blokuna hələlik qoşulmaq istəmir. Rəsmi Bakı indiki məqamda balans siyasətini qoruyaraq ABŞ-la münasibətləri ən azından Rusiya səviyyəsinə gətirmək, bu yolla da həm Kremlə qarşı alternativinin olduğu təəssüratını yaratmaq, həm də milli maraqları naminə ABŞ-la bəzi məsələlərdə razılaşmaq istəyir.

Aydın məsələdir ki, ABŞ supergüc ölkədir və bütün sahələrdə imkanları genişdir. Rəsmi Bakı üçün belə bir ölkə ilə münasibətləri inkişaf etdirmək hər zaman vacibdir. Bununla belə verilən açıqlamalardan göründü ki, Hikmət Hacıyevin Ceyk Sallivanla görüşü zamanı bir sıra ciddi məsələlər müzakirə olunub.

Avropa İttifaqının Rusiya qazından birbaşa və ya tədricən imtinası mümkün olmadığını başa düşən ABŞ Azərbaycanın Avropaya qaz nəqlini artırmasını istəyir, ancaq Bakının mövcud imkanları Vaşinqtonun istəklərini qarşılamır. Xüsusilə də TAP və TANAP layihələrinin indiki potensialı buna uyğun deyil. Hesab edirəm bu istiqamətdə ABŞ və Qərbin texnologiya və investisiya dəstəyinə ehtiyac var.

Turan Rzayev: “Tam anlamda ABŞ-ın liderlik etdiyi Qərb blokunun geosiyasi və geoiqtisadi təhlükəsizlik maraqları naminə Azərbaycanın təhlükəsizliyinin qarantına çevrilməsi üçün hələ uzun yol qət edilməlidir”.

İki ölkə arasında münasibətlərin inkişaf etməsi fonunda rəsmi Bakı Vaşinqtondan həm də 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan 907-ci düzəlişi ləğv etməsini istəyə bilər. Düzdür, 907-ci düzəlişə müvəqqəti moratorium qoyulsa da, bu düzəlişin büsbütün ləğvi mənasına gəlmir. Rəsmi Bakı ilk növbədə bu düzəlişin ləğvi istiqamətində səyləri artırmalıdır. Hesab edirəm bu, gələcəkdə rəsmi Bakının balans siyasətinə təsir edə bilər.

Azərbaycan bərpa prosesi fonunda Qərb və ABŞ şirkətlərinin Azərbaycana cəlbinə, eyni zamanda bu ölkələrin işğaldan azad edilən ərazilərə investisiya qoymasına çox çalışır. Bu məsələnin də tərəflər arasında müzakirə edilməsi mümkündür.

Yuxarıda saydığım bütün bu məsələlər isə geosiyasi anlamda Azərbaycanın təhlükəsizlik komponentlərini gücləndirir. Lakin tam anlamda ABŞ-ın liderlik etdiyi Qərb blokunun geosiyasi və geoiqtisadi təhlükəsizlik maraqları naminə Azərbaycanın təhlükəsizliyinin qarantına çevrilməsi üçün hələ uzun yol qət edilməlidir. Yuxarıda da qeyd etdiyim kimi Azərbaycan hələ ki, balanslaşdırılmış xarici siyasət kursuna uyğun davranmaq zərurəti içindədir. Çünki birtərəfli xarici siyasət Azərbaycan üçün daha böyük təhlükələrin yarada bilər ki, bunun da bariz nümunəsini biz bu gün Ukraynada görməkdəyik”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar