Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hikmət Hacıyev: "UNESCO-nun azad edilmiş ərazilərə faktaraşdırıcı missiya göndərməsini gözləyirik"

"Məhz mədəniyyətlər arasında əməkdaşlıqlar olmalıdır. Bu konsepsiyalarda da öz əksini tapıb".

PİA.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlıq Forumunda deyib.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycanda çox şeylər dəyişib: “44 gün davam edən müharibədə Azərbaycan qalib gəldi və Cənubi Qafqazda böyük imkanlar açıldı. Bizim əsas məqsədimiz sülh əldə etməkdir. Azərbaycan tərəfi Ermənistanla sülh yolu ilə bu münaqişəni həll etmək istəyirdi. İndi də bizim əsas məqsədimiz dayanıqlı sülhü təmin etməkdir. Belə sistem yaratmaq istəyirik ki, bizə müxtəlif cür əməkdaşlıq formatını yaratmağa imkan yaransın. Artıq Cənubi Qafqazda ticarət yolları və marşrutlar açılacaq. İşğal edilmiş ərazilərdə Azərbaycanın mədəni irsi dağıdılıb. Sistematik olaraq Azərbaycanın mədəni irsinin dağıdılması halları ilə rastlaşmışıq. Mədəni obyektlər, mədəni irs dağıdılıb, məhv edilib. Biz buna beynəlxalq təşkilatları da cəlb etmək istəyirik. Biz gözləyirik ki, UNESCO bu ərazilərə faktaraşdırıcı missiya göndərsin və o ərazilərə öz rəyini versin. Azərbaycanın UNESCO-da icraiyyət komitəsinə üzv seçilib”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar