Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Heydər Əliyev Fondu Pakistanda növbəti xeyriyyə aksiyası keçirdi

Pakistanda talassemiya və hemofiliyadan əziyyət çəkən xəstələr üçün Heydər Əliyev Fondunun dəstəyi ilə növbəti xeyriyyə aksiyası keçirilib...

PİA.az xəbər verir ki, aksiya çərçivəsində İslamabad şəhərində yerləşən Sundas Talassemiya Mərkəzini ziyarət edən Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə mərkəzin tibb heyəti, həmçinin pasiyentlər və onların ailə üzvləri ilə görüşüb.

Mərkəzin baş administratoru, ehtiyatda olan hərbi hava qüvvələri vitse-marşalı Aftab Hüseyn mərkəz və orada müalicə alan pasiyentlər haqqında məlumat verib. Baş administrator 20 ildən çoxdur ki, fəaliyyət göstərən Sundas Talassemiya Mərkəzində hazırda Pakistanın müxtəlif bölgələrindən olan, talassemiyadan əziyyət çəkən 350-dən çox və hemofiliyadan əziyyət çəkən 60-dan çox uşağın pulsuz müalicəsinin aparıldığını, həmçinin qan köçürmələri həyata keçirildiyini bildirib. Bu sahədə Pakistanda ilkə imza atan, Pakistan Prezidentinin və birinci xanımının da ziyarət etdiyi mərkəzin, eyni zamanda, xəstələrin ailələrinə də mümkün qədər maddi və logistik dəstək göstərdiyini diqqətə çatdırıb.

Səfir Əli Əlizadə Heydər Əliyev Fondunun talassemiya xəstələri üçün ölkəmizdə və xaricdə ciddi işlər gördüyünü, Talassemiya Mərkəzinə təqdim ediləcək tibbi ləvazimatların, ərzaq paketlərinin və hədiyyələrin də məhz fondun dəstəyi ilə təmin edildiyini bildirib.

Heydər Əliyev Fondunun Pakistandakı fəaliyyətinin Azərbaycanın Birinci vitse-prezidenti, Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2005-ci ildə Kəşmirin Müzəffərabad şəhərində qızlar üçün yeni məktəbin inşası ilə başladığını bildirən səfir Fondun sosial və humanitar layihələrinin Pakistanın bütün əyalətlərində davamlı həyata keçirildiyini qeyd edib. Fondun İslamabadda yerləşən Talassemiya Mərkəzinin təsis edilməsi, təcili yardım avtomobillərinin, minlərlə qan kisəsinin Pakistanın müxtəlif xeyriyyə təşkilatlarına təqdim olunması ilə yanaşı, hər il Ramazan ayında kimsəsiz və qüsurlu uşaqları da unutmadığını, onlar üçün iftar yeməkləri verdiyini, hədiyyələr təqdim etdiyini vurğulayıb. Ötən il Pakistan Prezidentinin və birinci xanımının da Prezident Sarayında Heydər Əliyev Fondunun dəstəyi ilə kimsəsiz və qüsurlu uşaqlar üçün verilmiş iftar yeməyinə qoşulduqlarına görə Talassemiya Mərkəzinin pasiyentlərinə təşəkkür edən səfir pandemiya ilə əlaqədar iftar yeməklərinin verilməsinin bu il təəssüf ki, mümkün olmadığını, lakin Fondun digər xeyriyyə aksiyalarının davam edəcəyini bildirib. Ə.Əlizadə Fondun Pakistanda həyata keçirdiyi bütün sosial və humanitar layihələrin Pakistanla Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərini daha da gücləndirməsinə və dərinləşdirməsinə xidmət etdiyini bildirib. Sonda Fondun dəstəyi ilə alınmış qan kisələri və tibbi maskalar, eləcə də Talassemiya Mərkəzinin pasiyentləri üçün hazırlanmış ərzaq paketləri və uşaq oyuncaqları təqdim edilib.

Mərkəzin baş administratoru Aftab Hüseyn Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi sosial və humanitar layihələrin davamlı xarakter aldığını vurğulayıb, Talassemiya Mərkəzinə təqdim edilən qan kisələri, tibbi maskalar, həmçinin ərzaq paketləri və hədiyyələrə görə Fonda və onun rəhbərliyinə təşəkkürlərini çatdırıb.(Report)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar