Şənbə, 29 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Heydər Əliyev Fondu ilə UNICEF arasında növbəti Anlaşma Memorandumu imzalanıb

Dekabrın 3-də Heydər Əliyev Fondu ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasında növbəti Anlaşma Memorandumu imzalanıb.

PİA.az-ın xəbərinə görə, Heydər Əliyev Fondunun yaydığı məlumatda bildirilir ki, memorandum 2025-ci ilin sonunadək Azərbaycanda uşaqların erkən uşaqlıq dövründə inkişafı, inklüziv təhsil, yeniyetmə və gənclərin inkişafı sahəsində müxtəlif layihələrin həyata keçirilməsini nəzərdə tutur.

UNICEF-in Azərbaycandakı nümayəndəsi Aleks Haykens ilə görüşdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun təhsil, səhiyyə, sosial və mədəniyyət, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası istiqamətindəki layihələri barədə məlumat verib. Bildirib ki, inklüziv cəmiyyətin qurulmasına töhfə verən Heydər Əliyev Fondunun dəstəyi ilə əlilliyi olan uşaqlardan ibarət rəqs qrupunun xarici ölkələrdə konsert proqramı ilə çıxışları təşkil ediləcək.

Görüşdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqların sosial, səhiyyə və digər sahələr üzrə hüquqlarının qorunması, o cümlədən xüsusi qayğıya ehtiyacı olan və valideyn himayəsindən məhrum uşaqlara qayğı istiqamətindəki fəaliyyətinin əhəmiyyəti qeyd edilib.

UNICEF-in Azərbaycandakı nümayəndəsi Aleks Haykens Heydər Əliyev Fondu ilə həyata keçirilməkdə olan “Erkən Uşaqlıq Dövründə İnkişaf (EUDİ)“ layihəsi, eləcə də ətraf mühit və iqlim dəyişikliyi, yaşıl enerji mənbələri, bərpa olunan enerji sahələrindəki tədbirlər üzrə əməkdaşlığı qeyd edib. Aleks Haykens uşaq hüquqlarının qorunması üzrə “Uşaq Dost Mərkəzləri”nin, eləcə də işğaldan azad olunmuş ərazilərdə minalardan təmizləmə işlərinin müzakirəsi prosesinə uşaqların da cəlb edilməsinin səmərəli olacağını bildirib.

Görüşdə gələcəkdə inklüziv təhsil, əlillərin dəstəklənməsi və reabilitasiyası sahələrində Fondla birgə həyata keçiriləcək layihələr də müzakirə edilib.

Xatırladaq ki, BMT-nın Uşaq Fondu (UNICEF) ilə Heydər Əliyev Fondu arasında ilk Anlaşma Memorandumu 2019-cu ildə imzalanıb.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Dövlət Gömrük Komitəsinin 20 yaşlı əməkdaşının dəbdəbəli həyatı - Fotolar

Polkovnikdən Sahil Babayevə ağır sözlər: "Ay adı nazirlik olan,sizin məqsədiniz, məramınız nədi?…"

Zakir Fərəcovun "dağılan tifağı": Eldar Həsənovun biznes şəriki çıxılmaz vəziyyətdə...

Daha bir məktəbdə biyabırçı video: Sinifi dağıdır, müəllimi qovurlar - Video

YAP-ın şəhər və rayon təşkilatına yeni sədrlər təyin olunub - Siyahı

Polkovnikdən Sahil Babayevə ağır sözlər: “Ay adı nazirlik olan…”

İnternat məktəbinin direktoru ərzaqları şəxsi maşınına yüklətdirir? - Araşdırma başladı- Yenilənib,Video

Ermənistan XİN başçısı: "Başımıza gələn faciə özümüzü aldatmağın nəticəsidir"

Dövlət Xidmətinin keçmiş rəisinə 11 il həbs cəzası verilib

Allahşükür Paşazadə əsas gəlir mənbəyindən məhrum edilir...

ABŞ-ın F-35 qırıcısı dənizdə batdı, Rusiya onu ələ keçirmək üçün gəmilər göndərdi - Kİm tez çatacaq?

Azərbaycanda dəhşətli qəza: TIR körpüdən yuvarlandı - Video

Ən çox oxunanalar