Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hətta qəbiristanlığımızı əlimizdən alıblar - Kənd sakinlərindən şikayət

Bir qrup lerik ziyalısı Prezidentə və Baş Prokuror müraciət etdi

Bir qrup Lerik rayon kənd sakinləri torpaq problemi ilə bağlı ölkə rəbərinə və respublika prokurorluğuna müraciət ünvanlayıb. Surəti mediaya göndərilən həmin müraciəti olduğu kimi diqqətinizə çatdırırıq:

Hörmətli cənab Prezident! Sizin apardığınız uğurlu daxili və xarici siyasət Azərbaycan dövlətini regionun liderinə çevirmişdir. Bu gün Azərbaycanın yerləşdiyi siyasi coğrafiyada məhz bizim maraqlarımız nəzərə alınır və bizimlə hesablaşırlar. Heç 30 yaşı tamam olmamış gənc dövlətimizi belə yüksək zirvələrə Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu, Sizinsə uğurla davam etdiyiniz müdrik siyasət çatdırıb. Bu siyasətin əsasının Azərbaycan insanı Azərbaycan vətəndaşının sosial maraqları təşkil etdiyinə əmin olduğumuzdan uzun illərdən bəri Lerikdə yaşanan bir problemlə bağlı Sizə müraciət edirik. Məlumat üçün bildirək ki, bəhs etdiyimiz problemi əhatə edən Lerikin 3 kəndi- Rvarud, Anzolu və Təngəbin kəndləri arasında sərhədlər 1931-ci il 22 apreldə təsdiq olunub. 1948-ci il 10 iyulda bu kəndlərin dəqiq sərhədlərini bildirən xəritələr çəkilmiş, həmin xəritədə Rvarud kəndinin ərazisi 894, 25 hektar göstərilmişdir. 1952-ci ilə aid kolxoz torpaqlarına dair qaytalanmış kitabda göstərilib ki, Rvarud kəndində 68 təsərrüfat, Anzolu və Təngəbin kəndlərində isə 40 təsərrüfat var. Yəni bu 3 kəndin 108 təsərrüfatında Rvarud kəndinin ümumi payı 63 faiz, Anzolu və Təngəbin kəndlərinin ümumi payı isə 37 faiz təşkil etmişdir. Bu üç kənd sovet dövründə müxtəlif kolxoz və sovxoz adları altında 1995-ci ilə qədər bir yerdə olmuşdur. 1995-ci ilin 6 aprelində Anzolu və Təngəbin kənd sakinləri ümumi yığıncaq keçirərək o vaxt mövcud olan Babək adına sovxozun tərkibindən çıxıb, özlərinə Anzolu paylı kəndli təsərrüfatının yaradılması haqqında qərar qəbul etmişlər.Lerik rayon torpaq şöbəsi 1995-ci il aprelin 15-də Anzolu paylı kəndli təsərrüfatı üçün dövlət aktı vermiş, həmin akta əsasən bu təsərrüfata 622 hektar torpaq ayrılmışdır. Halbuki həmin vaxta qədər bütün sənədlərdə Anzolu- Təngəbin ərazisi 578, 73 hektar olmuşdur. Yəni, akt tərtib olunarkən səhvən və ya qəsdən Rvarud ərazisi 43,27 hektar azaldılaraq Anzolu paylı kənd təsərrüfatı ərazisinə birləşdirilmişdir. Bunun ardınca 1997-ci ildə “Anzolu” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yer quruluşu layihəsində Anzolu və Təngəbin kəndinin ərazisi 728, 01 hektar göstərilmişdir. 1999-cu il 9 dekabr tarixində Dövlət Torpaq Komitəsinin sədri Qərib Məmmədov Azərbaycan Respublikası Nazirlər Kabinetinin işlər idarəsinə yazdığı məktubda göstərmişdir ki, ümumi torpaq fondunun (1472,98) 60 faizi Rvarud kəndinin, 40 faizi isə Anzolu kəndinin payına düşür. Aparılan islahatlara əsasən, Rvarud kəndində 133, Anzolu kəndində isə 73 torpaq payı olan ailəyə torpağa mülkiyyət hüququna dair dövlət aktları hazırlanmışdır. Həmin aktlara əsasən Rvarud kəndinin ərazisi 951,5 hektar. Anzolu- Təngəbin kəndlərinin ərazisi isə 521, 48 hektar olmalı idi. Amma maraqlıdır ki, Azərbaycan Respublikasının Milli Məclisi “Qəsəbə və ya kənd ərazi vahidinin şəhadətnaməsi”nə əsasən Rvarud kəndinin ərazisi 714 hektar göstərilmiş və 16 may 2016-cı ildə dövlət reyestrinə daxil edilmişdir.Beləliklə, zaman-zaman Rvarud kəndinin 180, 25 hektar torpağı bir dəstə haqsız, ədalətsiz, məsuliyyətini dərk etməyən adamların, dövlət qulluqçularının qanunsuz əməlləri nəticəsində azaldılaraq, Anzolu- Təngəbin ərazisinə birləşdirilib. Ən dəhşətlisi odur ki, bu proses nəticəsində qədim Rvarud qəbiristanlığı ( təqribi hesablamalara görə bu qəbiristanlığın 1600 il yaşı var) və kəndimizin 6 evi Anzolu- Təngəbin kəndlərinə verilmişdir. Halbuki, həmin evlər Rvarud ərazisində lap çoxdan tikilib və dövlətdən ev tikilməsi üçün torpaq ayrılması barəsində sənəd var. Həmçinin qonşu kəndin ərazisinə düşən qəbiristanlıqda bir dənə də olsun Anzolu- Təngəbin kənd sakininin qəbri yoxdur. Daha bir ədalətsizlik ondan ibarətdir ki, aparılan torpaq islahatları zamanı Rvarud kənd sakinlərinin hər birinə 2, 5 -20 sot pay torpağı düşdüyü halda, Anzolu- Təngəbin kənd sakinlərinin hər birinə 32-38 sot pay torpağı düşür. Axı Ulu Öndər Heydər Əliyevin Torpaq islahatlarının aparılmasına dair 534 saylı fərmanında göstərilib ki, pay torpaqları Sovxoz təsərrüfatında yaşayan əhalinin sayına uyğun bərabər bölünməlidir.

Cənab Prezident!

Rvarud kəndi həmişə dövlətə və dövlətçiliyə sədaqət baxımından seçilib. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə kənd sakinləri rəşadət göstərib, şəhid olub. Hansısa məmurun səhlənkarlığından yaranmış problem hər zaman sizə sədaqətli olan Rvarud kənd sakinlərinə böyük çətinliklər yaşadır. Bu günə qədər bir çox dövlət qurumlarına müraciət etsək də məsələ həllini tapmamış, problem ortadan qalxmamışdır. Son ümüdümüz Sizədir! İnanırıq ki, müraciətimizi diqqətə alaraq lazımi göstərişləri verəcək, yüzlərlə Rvarud sakinini sevindirəcəksiniz.

Hörmətlə, bir qrup Lerik rayon Rvarud kənd sakini

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Ən çox oxunanalar