Cümə, 17 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

“Hər tərəfdən düşmənlərlə əhatə olunmuşuq, sovet dövründə olduğu kimi...”

Rusiyanın hər yerdə düşmənləri var, sovet dövründə olduğu kimi. Bizdə düşmənçilik üzük kimi əhatəyə alıb. O cümlədən daxili düşmənçilik, bizdə hətta “Sadovoy koltsa”da düşmənçilik dairəsi var-xarici agentlər və digər pis adamlar. Ukrayna var, Gürcüstan var. Və xarici düşmənlərin əhatəsindəyik”,-rusiyalı hərbi ekspert və “Novaya qazeta”nın şərhçisi Pavel Felgenhauer “Exo Moskva”nın efirində belə deyib.

Ekspert Əfqanıstanda “Taliban”ın hakimiyyətə gəlişindən sonra Orta Asiyada destabilizasiya təhdidlərinin artdığını deyir. Onun fikrincə, cihadçı hərəkat Mərkəzi Asiya respublikalarına keçə bilər.

“Daha bir ocaq Cənubi Qafqazdadır, Ermənistanla Azərbaycan arasında baş verir. Ora Rusiya cəlb oluna bilər. Donbass və ümumən Ukrayna ilə problem var. Getdikcə qeyri-stabil xarakter alan Lukaşenko rejiminin idarə etdiyi Belarus var, hansı ki, çox böyük problemlərlə üzləşib. Və onun öz daxilində ciddi problemlər var, ən başlıcası sanksiyalar tətbiq edirlər və ölkə daha əvvəlki kimi mövcud ola bilməz. Deməli, orada da böyük problem ortaya çıxa bilər. Belə çıxır ki, hər yerdə pazdır. Və Frans-İosif arxipelaqından tutmuş Çukotkaya, Kuril adalarına qədər hər yerdə diviziyalar, ordu korpusları saxlamaq lazımdır. Qüvvə isə çatışmır. Sovet İttifaqından olduğu kimi. Nəhəng ordusu vardı, amma hər yerə dartıb aparmışdılar, hər yerdə qüvvə çatışmırdı”,-Felgenhauer bildirib. (virtualaz.org)

pia.az

 

 

 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

İranın Qarabağla bağlı PLANI üzə çıxdı: Sən demə işğal vaxtı…

15 yaşlı qıza dərman verib cinsi əlaqədə oldu - Məhkəmədə evlənəcəyini dedi

Hafiz Hacıyev: “Bu qədər bahalaşma ilə hara gedirik?”

Vitamin çatışmazlığı haqqında xəbər verən simptomlar

Hüseynbala Mirələmovun XİN-də işləyən oğlunun adı qalmaqalda

“Haber Global” Mübariz Mənsimovu darmadağın etdi - Ermənilərlə iş birliyi... - Video

"Qarabağ" - "Bazel" oyunundan sonra mətbuat konfransında yeni "pivə olayı" yaşanıb

Son vaxtlar Xalq artistinin “açıq-saçıq” geyinməsinin səbəbi nədir? - Foto

Cavid Qurbanovdan narazı fəhlələr PA-ya yürüş edəcək -  Foto

Ermənistan Laçın şəhərini və daha 8 kəndi öz nəzarətində saxlamaq istəyir... - Sabiq nazirdən şərh

Ən çox oxunanalar