Bazar, 16 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Helikopter qəzasında yaralanan sərhədçilər: "Eniş zamanı birdən-birə idarəetməni itirdik, sürətlə yerə çırpıldıq"

"Noyabrın 30-da praktik atışlı təlim məşq uçuşları olmalı idi. Səngəçal aerodromundan “Qaraheybət” aviasiya poliqonuna getməli idik. Helikopter enişi yerinə yetirən zaman qəza baş verdi".

PİA.az-ın xəbərinə görə, bunu ötən gün helikopter qəzasında yaralanan polkovnik-leytenant Emil Cəfərov deyib.

O bildirib ki, helikopterdə heç bir nasazlıq olmayıb: “Helikopter yerə çırpılan zaman ikimiz də bayıra atıldıq. Başqa heç nə yadımda deyil. Heç bir şübhəli məqam yox idi. Nə küləklə, nə də yüklə bağlı heç bir məhdudiyyət aşılmayıb”.

O deyib ki, qəza zamanı ayağı əzilib və sol qolunda sınıq var.

Qəza zamanı xəsarət alan kapitan Ramin Ədilov isə qeyd edib ki, helikopterdə 24 nəfər əyləşə bilər: “16 nəfər şəxsi heyət vardı. Hər şey qaydasında idi. Eniş zamanı birdən-birə idarəetməni itirdik, sürətlə yerə çırpıldıq”.

Ramin Ədilov helikopterin qəzaya uğraması ilə bağlı hər hansı bir kənar müdaxiləni istisna edib.

O, üzündən xəsarət aldığını və dizinin əzildiyini əlavə edib.(APA)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

“Rossiya” kanalının AzTV-yə qarşı 5 milyonluq iddiasının şok səbəbləri

Sabiq deputatdan qalmaqallı açıqlama: “Müəllim uşağı onun xeyrinə görə vurur” - Foto

Türkiyənin Azərbaycandakı səfiri:" Son 30 ilin ən önəmli nöqtəsi Qarabağ zəfəridir" - Video

Bu ay Vətən müharibəsi iştirakçılarına "Müharibə veteranı" statusu və təqaüdü veriləcək

Çeçen-inquş “fay xətti”ndə yeni gərginlik: İnquşlar Kadırov qarşısında 3 tələb qoydular...

“The Economist”: “Dünyanın iki fövqəldövləti hərbi fəlakətdən cəmi bir addım uzaqdadır”

Ermənistanın müdafiə naziri keçmiş katibəsi ilə evlənir

Azərbaycanın iki məşhur idmançısı arasında gərginlik

Ən çox oxunanalar