Çərşənbə axşamı, 18 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Helikopter qəzasında şəhid olanların ailələrinə 11 min manat ödəniləcək

"Helikopter qəzasında həlak olmuş hərbi qulluqçuların vərəsələrinə və xəsarət almış hərbçilərə birdəfəlik sığorta ödənişləri ediləcək".

PİA.az xəbər verir ki, bunu mediaya açıqlamasında Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev deyib.

O bildirib ki, birdəfəlik sığorta ödənişlərinin həyata keçirilməsi prosesi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanun ilə tənzimlənir: “Bildiyiniz kimi 30 noyabr tarixində Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli helikopteri “Qaraheybət” təlim meydanına eniş edərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 hərbi qulluqçu həlak olub, 2 hərbi qulluqçu isə yaralanıb. Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq bildirmək istəyirik ki, sığorta sistemi bu kimi hadisələrdə sığorta ödənişi həyata keçirir. Bu proses “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanun ilə tənzimlənir”.

İcraçı direktorun sözlərinə görə, birdəfəlik sığorta ödənişləri müxtəlif kateqoriyalar üzrə hesablanır: “Müvafiq qanuna görə, həqiqi hərbi xidmətdə həlak olması halında hərbi qulluqçunun vərəsəsinə 11 min manat, eyni zamanda orqanizmin funksiyasının 80-100% itirilməsinə görə 8800 manat, 60-80% itirilməsinə görə 6600 manat, 30-60% itirilməsinə görə isə 4400 manat, bununla yanaşı, ağır xəsarət aldıqda 2750 manat, yüngül xəsarət aldıqda isə 550 manat sığorta ödənişinin həyata keçirilməsi nəzərdə tutulur.

Məlum helikopter qəzasında həlak olmuş 14 şəhidimizin vərəsəsinə 11 min manat birdəfəlik sığorta ödənişi həyata keçiriləcək və qəza nəticəsində yaralanan 2 hərbi qulluqçunun əlillik faizi və ya xəsarət dərəcəsi müəyyənləşən kimi onlar da bu birdəfəlik sığorta ödənişlərindən faydalana biləcəklər.

Qəzada həlak olmuş şəhidlərimizin vərəsələri və xəsarət almış hərbçilərimiz birdəfəlik sığorta ödənişlərini əldə etmək üçün ölüm və ya əllillik, eyni zamanda xəsarət halını təsdiq edən sənədlərlə Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin paytaxtda və regionlarda fəaliyyət göstərən filiallarına yaxınlaşa bilərlər”.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Ziya Məmmədovun oğlu xanımına təmtəraqlı ad günü keçirtdi - Video+Fotolar

Büdcədən maliyyələşdirilən sahələrdə çalışanların maaşı artırılıb

Prezidenti tanımadığını bəyan etdiyinə görə Naxçıvanda xidməti maşınla mükafatlandırılan polis mayoru kimdir?

General Musayev: "Putin dedi ya xalqa atəş açacaqsan, ya hakimiyyəti itirəcəksən..."

Üç istiqamətdən hücum gözlənilir - Sərhəd yaxınlığında səhra hospitalları da qurulub

Məşhur aktyorla eşq yaşadı, dostunun ailəsini dağıtdı - “Tütək səsi”nin Sayalısı

“Nazarbayevin ailəsi və pulları hələ öz sözünü deyəcək”

1 gündə 5 tenderdə qalib gələn şirkət: Sabunçu RİH-in müəmmalı işləri - Fotofaktlar

Azərbaycanda polis generalı təqaüdə göndərilib

Azərbaycan Ordusunun həlak olan əsgəri dəfn olundu - Yenilənib, Video

Şahid: "BSU-da 3 illik təhsilə görə Dürdanə Əliyevaya 8250 manat verdim"

"Manat “tam üzən məzənnə”yə keçəcək" - Vahid Əhmədov

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay