Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Helikopter qəzasında şəhid olan hərbçilərdən neçəsi müharibə iştirakçısıdır?

Noyabrın 30-u saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Hadisə nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Helikopter qəzasında şəhid olan hərbçilərimizdən 7-si Vətən müharibəsində iştirak edib, orden və medallarla təltif olunublar.

Polkovnik Fizuli Cavadov Vətən müharibəsi ilə bərabər Birinci Qarabağ müharibəsində də döyüşüb. Xidmət etdiyi dövrdə 13 orden və medalla təltif olunub. Vətən müharibəsində aktiv döyüş əməliyyatlarında iştirak edən polkovnik şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Prezidentin sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Polkovnik Emil Nəzirov xidmət dövründə 13 medalla təltif olunub. Birinci Qarabağ müharibəsində, eyni zamanda Vətən müharibəsində iştirak edib və dövlət başçısının sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilib.

Mayor Murad Məmmədov xidmət dövründə əldə etdiyi yüksək nailiyyətlərə görə ümumilikdə 9 medalla təltif olunub. Vətən müharibəsində aktiv döyüş əməliyyatlarında iştirak edib. “Hərbi xidmətlərə görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Mayor Emil Mayılov xidmət dövründə əldə etdiyi yüksək nailiyyətlərə görə ümumilikdə 9 medalla təltif olunub. Vətən müharibəsində iştirak edən şəhid mayor “Hərbi xidmətlərə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Mayor Emil Əliyev xidməti dövründə 9 medal alıb. Vətən müharibəsində iştirak edən mayor Əliyev “Hərbi xidmətlərə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Mayor Elmir Həsənov xidmət müddətində 7 orden və medalla təltif olunub. Vətən müharibəsində iştirak edən mayor “Hərbi xidmətlərə görə” və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Mayor Elbrus Əhmədov xidmət dövründə əldə etdiyi yüksək nailiyyətlərə görə Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən 5 medalla təltif olunub.

Kapitan Cavid Bayramlı xidməti dövründə 3 medalla təltif olunub. Vətən müharibəsində aktiv döyüş əməliyyatlarında iştirak edib. “Hərbi xidmətlərə görə” və "Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Tibb xidməti kapitanı Ceyhun Əhmədxanov xidmət dövründə əldə etdiyi yüksək nailiyyətlərə görə Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Kapitan Xəyyam Əliyev xidmət etdiyi dövrdə əldə etdiyi yüksək nailiyyətlərə görə Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” medalı ilə təltif olunub.

Kapitan Teymur Qaraisayev hərbi xidmət dövründə əldə etdiyi yüksək nailiyyətlərə görə Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən 4 medalla təltif olunub.

Baş leytenant Fərid Nağıyev hərbi xidmət dövründə əldə etdiyi yüksək nailiyyətlərə görə Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” medalı ilə təltif edilib.

Leytenant Abdulla Süleymanov hərbi xidmət dövründə əldə etdiyi yüksək nailiyyətlərə görə Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

İşçi, ehtiyatda olan polkovnik Elçin Nəbiyev 2014-ci ildən Dövlət Sərhəd Xidmətində işə qəbul edilib. E.Nəbiyev xidməti dövründə əldə etdiyi yüksək nailiyyətlərə görə ümumilikdə 9 medalla təltif olunub.(unikal)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar