Şənbə, 27 Noyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Həkim yeni mutasiyalara qarşı əhalini kütləvi peyvəndləməyə çağırıb

"Hazırda dünyada, xüsusilə bizim regionda və Azərbaycanda yoluxma dinamikasında artımı nəzərə alaraq insanların sosial məsafə, qapalı məkanlarda mütləq maskadan istifadə, gigiyenik qaydalara əməl etməsi və peyvənd olunması tövsiyə olunur".

Bunu “Report”a açıqlamasında həkim-infeksionist Səxavət Xəlilli deyib.

O qeyd edib ki, zaman keçdikcə vurulan peyvəndin qoruyuculuğunda azalma olur və buna görə də ikinci dozadan, təxminən, 5 ay sonra buster (qüvvətləndirici) dozanın qəbulu ilə qoruyuculuğun dəfələrlə artması elmi araşdırmalarda sübut olunub: “Buster dozanın daha uzun müddətli qoruyucu olacağı düşünülür”.

Mütəxəssis xatırladıb ki, İngiltərədə elm adamları koronavirusun daha yoluxucu forması ola biləcək AY4.2 mutasiyasını izlədiklərini bildirirlər: “Bu mutasiyanın dünyada yoluxmanın sürətlə artmasına səbəb olan “Delta” ştamından daha yoluxucu olduğu ehtimal olunur. İngiltərədə yoluxmanın çox olmasının və daha sürətlə artmasının səbəbi kimi AY4.2 mutasiyasının olması və yoluxanların 10 %-nin bu variantla yoluxduğu bildirilir. Xəstəliyin klinik əlamətlərində bu varianta spesifik olan hər hansısa fərqli simptom qeyd olunmur”.

Qeyd edək ki, bir sıra ölkələrdə, o cümlədən qonşu Rusiyada COVID-19 infeksiyasının yeni AY.4.2 mutasiyası qeydə alınıb. Həmin ştamın "delta" ştamı ilə müqayisədə daha yoluxdurucu olduğu, bir xəstənin təxminən 9 nəfəri yoluxdura biləcəyi barədə məlumatlar var. Yeni mutasiyanın simptomlarının daha qısa vaxtda özünü büruzə verməsi COVID-19-la mübarizədə vaksinasiyasının əhəmiyyətini bir daha vurğulayır.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Elman Rüstəmovun yerinə seçilən Mahir Məmmədov kimdir? - Dosye

Sabir Rüstəmxanlı AzTV və əməkdar artisti tənqid etdi - Video

Paşinyan: “30 ildir özümüzü aldatmışıq, Qarabağın Azərbaycana aid olması ilə barışmalıyıq...”

Kirayələrdə çürüyən əməkdar artist ölüm ayağında - Xanımından dəhşətli sözlər

Soçidə İlham Əliyev və Vladimir Putin arasında ikitərəfli görüş keçirilib - Video, Yenilənib

Soçi görüşündən gözləntilər... - Rusiyaya Azərbaycanla Ermənistan arasında davamlı sülh lazımdır?

Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri mətbuata bəyanatla çıxış ediblər - Yenilənib, Foto, Tam mətn

Prezident İlham Əliyevin Soçiyə işgüzar səfəri başa çatıb - Yenilənib

Ən çox oxunanalar