Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həkim-qazi Mahir Layışovun müharibə xatirələri: "Məni morqa yerləşdirmişdilər"

İsimsiz qəhrəmanlar.... Tanıyırıqmı onları? Kimdir onlar? Yaxınlıqdakı tanışmı, uzaqdakı yadmı? Haradan və necə bilə bilərik ki, qarşımızdakı hər gün görüb sadəcə salam verib keçdiyimiz və ya heç görüb də baxmadığımız insanların daxilində necə cəsur qəhrəmanlar, necə şir ürəyi yemiş igidlər var...

Məncə uzaqda axtarmaq lazım deyil qəhrəmanlıq bu xalqın hər bir fərdinin xəmirində var. Elə 1-ci və 2-ci Vətən müharibəsində o isimsiz qəhrəmanlar qanlarıyla, canlarıyla yazdı Vətənin şərəf səlnaməsini. Hər gün birinin qəhrəmanlıq dastanını oxuduq...

Mənim qəhrəmanım da onlardan biridir...

PİA.az Birinci Qarabağ müharibəsi iştirakçısı, qazi, 2-ci qrup əlil, veteran həkim Mahir Layışov və yaxur sevənlərinin dili ilə desək Mahir əmiylə qısa müsahibəni oxucularına təqdim edir:

- Mahir əmi, birinci vətən müharibəsini nece xatırlayırsınız? Nece oldu ki, Mahir doktor müharibə istirakçısı oldu?

Birinci Qarabağ müharibəsi dövründə erməni işğalçılarının bizim torpaqlarımıza hücum etməsi nəticəsində başlayan müharibə ilə əlaqədar 1991- ci ildə Hərbi Komissarlığa müraciət etdim. Sözsüz ki, bütün vətən oğulları kimi mən də vətənin dar günündə laqeyid qala bilməzdim. Mənim müraciətimə Səfər Əbiyev baxmışdı və məni Qazax rayonunda yerləşən “N” saylı hərbi hissəyə tibb xidməti rəisi təyin etdilər. Bununla da mənim müharibə zonasında xidmətim başlamış oldu. Çox keçmədi ki, cəbhədə vəziyyətin daha da gərginləşməsi ilə əlaqədar öz xahişimlə Ağdərə- Füzuli bölgələrinə ezam olundum.

Mahir Layışov: “Qapalı kəllə-beyin travması, beş qabırğa sınığı diaqnozu ilə məni aqanal vəziyyətdə Qazax rayon xəstəxanasının morquna yerləşdirmişdilər”.

- Sözsüz ki muharibə itkisiz olmur ve bugün bizə qələbəni və işğaldan azad olunmuş Azərbaycanı bəxş edən məhz şəhidlərimiz, qazilərimiz, qəhrəman oğullarımızdır. Müharibə dəhşətlərinə hərbiçilərimizlə yanaşı həkimlərimiz jurnalistlərimiz də şahid olub. Sizin üçün ən unudulmaz hadisə nə olub?

- Bu haqda danışmaq hədsiz çətindi. Sanki hərşey dünən olmuş kimi xatirəmdədir. Ağdərə - Füzuli istiqamətində gedən ağır döyüşlərdə yaralanan əsgərlərə, ilk tibbi yardım göstərirdik və müalicə edirdik. Çoxlu igid oğullarımızın şəhadətinə şahid olurduq. O vaxt Qazaxdakı “N” saylı hərbi hissənin komendat bölümündə işləyən Əşrəf və Mustafa adlı hərbiçilərimiz düşmən gülləsinə tuş gəldi. Mənim üçün çox ağır hadisə idi, Əşrəfin şəhid olması..

Yaralıların iniltisi, fəryadı hələ də qulağımdadır. Bir müddət Ağdərə- Füzuli bölgəsində xidmət etdikdən sonra mən nazirin əmri ilə Qazaxdakı hərbi hissəyə qayıtdım xidmətimi burada davam etdim.

Müharibə dəhşətləri sözlə ifadə edə bilməyəcək qədər ağırdır. Mənim üçün unudlmaz xatirə biz yaralıları maşınlarla daşıyırdıq. Mənfur ermənilər bizim maşını top mərmisi ilə vurdular. Orada mənimlə bərabər hərbi hissənin komandiri Yasin Məmmədov, rota komandiri Etibar, Elşad və sürücü ağır yaralandıq. Hətta deyərdim ki, o qəzadan sağ çıxmağımız İlahi bir möcüzəydi.O ağır qəzadan Elşad bir gözündən ağır yaralandı və bir gözünü itirdi, komandir Yasin Məmmədovun bir ayağı ağır xəsarət aldı və onda ömürlük fiziki qüsuru qaldı.

Mahir Layışov: “Koronavirusla mübarizədə antibiotiklər faydasızdır, hətta antibiotik və hormonal preparatlar immun sistemi çökdürür deyə bilərik”.

Mən isə qapalı kəllə-beyin travması, beş qabırğa sınığı diaqnozu ilə aqanal vəziyyətdə Qazax rayon xəstəxanasının morquna yerləşdirilmişəm. Daha sonra həkimlərin morqdakı meyitlərə baxışı zamanı mərhum həkim Talib Nuriyev mənim nəfəs aldığımı müşahidə edib və dərhal reanimasiya şöbəsinə yerləşdirilmişəm. Deyilənə görə orada 1 həftə huşsuz olmuşam.

Artıq özümə gələndə yanımda Topçubaşov adına xəstəxananın həkimi, tibb elmləri namizədi Cəmaləddin Kosayevi gördüm. Mənə baş vermis qəza ilə bağlı suallar verən həkimə heç bir dolğun cavab verə bilməmişəm. Qəzadan heç nə yadımda qalmamışdı.

- Artıq 1 ildir bütün dünya Covid19 pandemiyası ilə mübarizə aparır. Ölkəmizdə də dövlət səviyyəsində virusla mübarizə aparılır. Həkimlərimiz qeyd edir ki, əhali arasında ən böyük yalnış addım evdə özünü müalicə metodlarını sınamaq olur və bu çox ağır ağırlaşmalarla nəticələnir. Sözsüz ki sizə də müraciət edənlər az olmur xüsusilə də antibiotiklərlə bağlı həkimlər həyəcan təbili çalır. Necə yönləndirirsiz insanları?

- Covid-19 epidemiyası başlayandan bütün dünyada olduğu kimi Azərbaycan həkimlərid də virusla mübarizədə səfərəbər oldular. ÜST-ün tövsiyyələrinə əməl etmək bu vürusla mübarizənin əsas şərtidi. Bu ara məsafəsini saxlamaq, maska taxmaq., gigiyena qaydalarına əməl etmək., əlləri tez- tez spirtləmək və bu kimi digər qaydalar. Müalicə metodlarına gəlincə Covid-19-un bəlli bir müalicə üsulu yoxdur. Təəssüf ki, virusa yoluxmuş hər kəs öz bildiyi dərmanla, türkəçarə ilə, və ən təhükəlisi antibiotiklərlə müalicəsinə əl atırlar. Bu da çox kəskin ağırlaşmalara hətta ölüm hallarına gətirib çıxarır. Bu virusla mübarizədə antibiotiklər faydasızdır, hətta antibiotik və hormonal preparatlar immun sistemi çökdürür deyə bilərik. Koronavirus xəstələrinə isə güclü immun sistemi hava su kimi lazımdır. Mən məsləhət görərdim əsaəsən qan durulaşdırıcı dərmanlar və vitaminlər qəbul etsinlər, sağlam qidalanmaya üstünlük versinlər.

P.S Xatırladaq ki, iki gün öncə Mahir doktor 63 yaşına qədəm qoydu. PİA.az kollektivi adından dəyərli doktorumuzu təbrik edirik, ona işlərində müvəffəqiyyətlər arzulayırıq. Müsahibəyə yardımçı olduğuna görə Mahir doktorun qızı Aysel xanıma xüsusi təşəkkürlər.

Fotolar

ÜLKƏR İsmayıl qızı
PİA.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Xocalı qatillərinin cəzalanacağına ümid varmı?..

Həkim-qazi Mahir Layışovun müharibə xatirələri: "Məni morqa yerləşdirmişdilər"

Evdə qalaq – Sabaha ümidi olmayanlara da ümid olaq

Ən çox oxunanalar