Çərşənbə axşamı, 28 İyun 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Həkim: “Meymunçiçəyi pandemiyaya çevrilməyəcək”

“Meymunçiçəyi ilə koronavirusu müqayisə etmək tamamilə yanlışdır”.

Bunu “Report”a açıqlamasında dünyanın yeni epidemiya və ya pandemiya ilə üzləşib-üzləşməyəcəyi ilə bağlı sualı şərh edən həkim-terapevt Zaur Orucov deyib.

“Koronavirus pandemiyası illərində insanlarda istənilən infeksiyaya qarşı psixoloji travma yaranıb və indi bütün xəbərlər çox böyük ajiotaj doğurur. Meymunçiçəyi xəstəliyi tez-tez olmasa da, bəzən ölümlə nəticələnə bilməsinə görə təhlükəlidir. Ölüm hallarına ən çox Afrikanın yoxsul kənd əhalisi arasında rast gəlinir. Meymunçiçəyi çiçək xəstəliyinin yüngül formasıdır, xəstəliyin daha ağır forması olan qaraçiçək isə peyvəndlə məğlub edilib”, - o bildirib.

Z.Orucov həmçinin vurğulayıb ki, insanlar mediada öz şərhlərini formalaşdırarkən tibbi hissədən başqa hər şeydən danışırlar: “İndi ən əsası sakitləşmək, ayıq başla düşünməyə başlamaq və məsələni tibb nöqteyi-nəzərindən dərindən öyrənməkdir.

Meymunçiçəyi insandan insana çox çətin keçir, gərək çox yaxın təmas, cinsi əlaqə olsun və ya heyvanlarla, gəmiricilərlə və meymunlarla yaxın təmasda olmaq tələb olunur. Hərçənd meymundan keçmək ehtimlı çox aşağıdır, baxmayaraq ki, xəstəlik meymunçiçəyi adlanır. Çiçək xəstəliyini koronavirusdan və qripdən fərqləndirən əsas cəhət də budur, o, insandan insana çox çətin ötürülür”, -

Həkim söyləyib ki, meymunçiçəyinin simptomları digər yoluxucu xəstəliklərə bənzəyir - inkubasiya dövründə bədənin istiliyi artır, qızdırma, ağrılar olur, sonra isə səpgilər və limfadenit - limfa düyünlərinin böyüməsi baş verir: “Ümumiyyətlə, KİV-ə simptomları aktiv şəkildə təsvir etməyi məsləhət görməzdim, çünki bir çox xəstəliklərin oxşar simptomları var və insan onları özündə tapanda panika yaranır. Bu, vəziyyəti yaxşılaşdırmır”.

Z.Orucov bunu endemik zonada yaşayan insanların yoluxma riski zonasına aid edir: "Bu kateqoriyaya həmçinin artıq yoluxmuş insanlarla yaxın təmasda olan insanlar da daxildir. Ehtiyat tədbirlərinə gəlincə, əgər Afrikadasınızsa, bişməmiş ətə, meymunçiçəyi xəstəliyinin daşıyıcısı ola biləcək müxtəlif heyvanlara toxunmamaq daha yaxşı olardı. Həmçinin gigiyena qaydalarına əməl etmək, simptomları olan insanlarla daha az təmasda olmaq lazımdır ki, bunlar da standart karantin tədbirləridir”.

Həkim qara çiçək peyvəndinin meymunçiçəyinə qarşı təsirli olduğunu hesab edir, eyni zamanda, bildirir ki, bu xəstəliyə qarşı çox uzun müddətdir məcburi peyvəndlənmə olmadığını, bu səbəbdən də ildən-ilə qara çiçək xəstəliyindən qorunan insanların sayının azaldığını nəzərə almalıyıq.

“Meymunçiçəyinin yayılmaq imkanı var, lakin bu xəstəlik ikinci pandemiyaya qədər gəlib çatmayacaq”, - Z.Orucov fikrini yekunlaşdırıb.

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Cəlilabad İcra Hakimiyyətinin əməkdaşı yeni vəzifəyə təyin olunub

Aparıcı Zaura Yaşar Nurinin qızı ilə evlənmək təklif edilib - Video

"Müharibə veteranlarına aylıq təqaüdün artırılmasına baxılacaq" - Nazir

Xəzər dənizi ilə bağlı həyəcan təbili: belə gedərsə... - Video

"Laçın dəhlizi və Laçın şəhəri Azərbaycana təhvil veriləcək" - Paşinyan

Gürcüstan Rusiyaya gedən avtomobilləri Azərbaycana yönəldib

İcarəyə götürdüyü torpaq sahəsində narkotik yetişdirən şəxs saxlanılıb - Foto

Avropa çempionatı: Azərbaycan güləşçisi yarımfinalda erməni ilə görüşəcək

Prezidentə Kəlbəcərin Baş planı təqdim edilib, İşğal və Zəfər muzeyləri kompleksinin təməli qoyulub

Nyu-York meri Azərbaycan səfirləri ilə görüşüb

Ritual Mobil Teatr Laboratoriyasından yeni layihə - Foto

Ən çox oxunanalar