Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həbsxanadan qaçan, bank qarət edən sovet casusu - Boysun roman və film olan həyatı

Bütün ölkələrin xüsusi xidmət orqanlarında qarşı tərəfdən informasiyalar əldə etmək üçün əsas vasitələrdən biri də kimisə “ələ” keçirməkdir, daha dəqiq ifadə etsək, “verbovka”, könüllü və ya məcburi, yaxud da nəyinsə qarşılığında cəlb etmə. Bu məsələdə müvafiq qurumlar pul xərcləməkdə də xəsislik etmirlər...

Pul müqabilində sovet kəşfiyyatçıları tərəfindən əməkdaşlığa böyük məmnuniyyətlə razılıq verənlərdən biri də ABŞ vətəndaşı, 23 yaşlı Kristofer Con Boys olub.

Boys imkanlı ailədə böyüsə də, yetərincə rahat həyat şəraitinə malik olsa da amerikalı gənc üçün pul həmişə azlıq edib. Gündəlik gecə əyləncələrinə, kokainə, alkoqola, fahişələrə xərclənən pulları hər gün qazanmaqda Boys çətinlik çəkib. Amma sonda “çıxış yolu” tapıb.

Kristofer Con Boys 1953-cü ildə Kaliforniyada anadan olub. Ailədə səkkiz uşaq olsalar da, heç vaxt maddi sıxıntı görməyiblər. Boysun atası və dayısı ABŞ-ın Federal Təhqiqatlar Bürosunda xidmət ediblər.

Məktəbi bitirdikdən sonra Boys Kaliforniyanın ən nüfuzlu kolleclərindən birinə daxil olub. Ancaq əyləncələrə meylliyi onun təhsili yarımçıq qoyub və o, kollecdən qovulub. Övladlarının bu cür həyat tərzi valideynlərini məyus etsə də, atası oğluna qarşı laqeyd ola bilməyib və yaxın əlaqələrinin sayəsində Boysu “TRW” şirkətinə işə düzəldib. Şirkət ABŞ-ın Milli Təhlükəsizli Agentliyinin tərkibində yüksək texnologiyalar, məxfi proqramlar və kosmik kəşfiyyatlar məsələləri ilə məşğul olub. Yaşının 23 olmasına baxmayaraq, atsının hesabına bir neçə aydan sonra Boysa şirkətdə yüksək maaşlı vəzifə verilib. Həmçinin onun məxfi sənədlərlə işləməyə də xüsusi buraxılışı olub.

Ciddi bir sahədə işləməsinə baxmayaraq, Boys əyləncə havasını başından çıxarmayıb. Əlavə pul qazanmağın yollarını axtaran gənc “mütəxəssis” bu məsələyə öz uşaqlıq dostu Endryu Lini cəlb edib. Gecə barlarının birində uzun-uzadı müzakirələrdən sonra Boys dostundan Meksikaya getməsini, orada SSRİ-nin səfirliyinin əmakdaşlarından biri ilə əlaqə yaratmasını və ona pul qarşılığında ABŞ-ın məxfi kosmik sirrlərinin ötürülməsi ilə bağlı danışıqlar aparmasını xahiş edib.

Plan uğurlu alınıb. Boys ABŞ-da, dostu isə Meksikada məxfi sənədləri səfirlik əməkdaşları vasitəsi ilə SSRİ-yə ötürüblər. Cəmisi iki il ərzində dostlar 70 min dollar gəlir əldə ediblər.

Sovet kəşfiyyatçıları Boysa daha böyük məbləğlər vəd ediblər və Boysdan yarımçıq qalmış kollecdə təhsilini başa vurmasını, daha sonra Mərkəzi Kəşfiyyat İdarəsində xidmətə başlamasını xahiş ediblər ki, daha məxfi informasiyalar əldə etsinlər. Boys bu təkliflə razılaşıb. Atasına təhsilini davam etdirmək istədiyini bildirib. Sözsüz ki, oğlunun bu istəyini atası sevinclə qarşılyıb. Amma “pərdə”nin arxasında nələr baş verdiyindən xəbərsiz olub.

Boysun təhsil almaq, MKİ-də xidmət etmək və daha böyük pullar qazanmaq planları yarımçıq qalıb.

1977-ci ildə dostu Endryu Li Meksikada SSRİ-nin səfirliyi qarşısında həbs olunub. Onun həbsinin səbəbi heç də sovet kəşfiyyatına işləməklə bağlı olmayıb. O, yerli polislərdən birinin qətlə yetirilməsində şübhəli şəxs qismində saxlanılıb. İstintaq prosesində isə Endryu Li ya qorxusundan, ya da çaşqınlığından hansı işlə məşğul olduğunu və kiminlə işlədiyini istintaqa açıqlayıb.

Bu açıqlamalardan dörd gün sonra Boys həbs edilib. Məhkəmə onu casusluqda, vətənə xəyanətdə ittiham edərək 40 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

40 ili dəmir barmaqlıqlar arasında keçirməyin nə demək olduğunu yaxşı anlayan Boys həbsxanadan qurtulmağın yollarını axtarıb. Bu məsələdə isə yalnız iki variant mümkün olub. Ya əfv olunmaq, ya da həbsxanadan qaçmaq. Birinci variantın mümkünsüzlüyünü dərk edən Boys ikinci varianta cəhd edib və cəhdi boşa çıxmayıb. O, 21 yanvar 1980-ci ildə həbsxanadan qaçmağa müvəffəq olub.

“Azadlığa” çıxdıqdan sonra Boys gələcək həyatı üçün planlar cızıb. İstənilən yolla pul əldə etmək və SSRİ-yə qaçmaq.

1 il 8 ay ərzində Boys Entoni Lister adı ilə hərəkət edib. Bu müddət ərzində o, Vaşinqton və Aydaho ştatlarında 17 dəfə bank qarət edib. Kifayət qədər pul əldə etdikdən sonra o, SSRİ-yə keçməyin yollarını axtarıb və düşünüb ki, kommunistlərin ölkəsində DTK zabiti kimi xidmət etməyə nail olacaq. Bu dəfə onun cəhdi baş tutmayıb. Boys 21 avqust 1981-ci ildə Vaşinqtonda ələ keçib və həbsxanaya göndərilib.

24 il həbsxanada qaldıqdan sonra Boys şərti azadlığa buraxılıb. 2008-ci ildə isə onun cəza müddəti tam başa çatıb.

2013-cü ildə Boysun sovet kəşfiyyatına necə işləməsi, bank qarətləri və həbsxana həyatı ilə bağlı yazdığı kitab işıq üzü görüb. Bununla yanaşı, onun həyatı ilə bağlı roman da yazılıb, film də çəkilib.
Hazırda 68 yaşlı Kristofer Con Boys Kaliforniyada yaşayır, özü söylədiyi kimi, casusluq və qarətçiliyə isə birdəfəlik son qoyub.

İlham Cəmiloğlu (musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar