Cümə axşamı, 23 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Həbsdəki icra başçısının dəstəsi Şəmkirdə su üsyanı hazırlayır

5 gündür ki, 350-dən artıq ailə susuzdur...

Şəmkirdə yenə ara qarışıb. Bu dəfə əhali susuzluğa etiraz etmək üçün hərəkətə keçib. “Yeni Müsavat”a müraciət edən rayon sakinləri bildirirlər ki, artıq 5 gündür ki, 350-dən artıq ailə susuzdur. Bunun səbəbi isə artezianlarda quraşdırılan nasoslara cərəyanın verilməməsidir.

Sakinlər deyir ki, Şəmkir subartezian quyularının istismarı idarəsinin rəisi Mehdi Həsənov bütün məsuliyyəti Şəmkir Elektrik Şəbəkəsinin yeni rəisi Elnur Həsənovun üzərinə qoyur.

Şəmkirdə 25 artezian quyusu var. Hər quyudan da azı 15 ailə istifadə edib əkin-biçinlə məşğuldur. Əkin-biçin olmasa, biz batarıq, ac qalarıq. Ağaclarımız, sahələrimiz susuzluqdan yanır. Sahələrimizdə kələm, kök, bibər, xiyar və digər məhsullar susuzluqdan məhv olur. Deyirlər ki, işıq pulu ödənməyib. Halbuki biz pulumuzu ödəmişik. 25 artezianın işığını kəsiblər, nasoslar işləmir, su da yoxdur. Dərdimizi deyəcək yer də yoxdur” - Şəmkir sakinlərindən biri belə deyib.

Digər bir sakin isə deyir ki, baş verənlərdə həbsə alınan icra başçısı Alimpaşa Məmmədovun dəstəsinin rolu böyükdür: “Bu adamlar Şəmkiri ayağa qaldırmaq istəyirlər. Alimpaşa Məmmədov həbsdədir, adamları isə Şəmkirdə iş başındadırlar. Orxan Mürsəlovdur onların başında duran. İcra başçısı əvəzi Fəxrəddini işləməyə qoymurlar. Biz də gedirik, deyirik imkan edib işığı verin, biz batıb gedirik. Əlimizdə nə var əkin-biçinə qoymuşuq, indi də həmin əkin-biçin gözümüzün qabağında susuzluqdan yanıb gedir. Prezidentdən kömək istəyirik. Seyfəli gölündən də bizə su verilmir ki, birtəhər vəziyyətdən çıxaq. Alimpaşa Məmmədov sənəd üzərində bizə guya oradan su verildiyini yazıb pul silirdi. İndi də artezianların işığını kəsib bizi susuz qoyublar. Yayın ortasında artezianların işığını kəsmək nə deməkdir? Əkin-biçini atıb gedib yol kəsək?”

Sakinlər deyir ki, əkin-biçin olmasa, vəziyyətləri olduqca ağır olacaq: “Prezident bizə kömək etsin. Yerdəki məmurların istəyi budur ki, camaat ayağa qalxsın. Biz də istəmirik ayağa qalxaq. İstədiyimiz odur ki, artezianlara cərəyan verilsin, biz də əkin-biçinimizi yola verək ki, ailəmizi dolandıraq. Oğlum Kəlbəcərdə vətənin xidmətindədir. Mən də burada çətin vəziyyətdəyəm, ağaclarım, meyvə-tərəvəzimiz əlimizdən çıxır”.

Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədov 2021-ci ilin aprelində Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat-istintaq tədbirləri çərçivəsində saxlanılıb.  Barəsində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Gürcülər də İrandan üz döndərdi – Cənubi Qafqazın qapıları İranın üzünə bağlanır?

“Balalarını rusca oxudanlar, çox peşman olacaqsınız” - Bir statusun rezonansı...

Kovidin müalicəsində həkim və xəstələrin yol verdiyi səhvlər - Antibiotik, Favipiravir...

Çox xəstəliklərinizin səbəbi AVİTAMİNOZ - Bu əlamətlər varsa...

İrandan gələn yarım milyard dollarlıq heroinlə bağlı şok açıqlama

Ermənilər şokda: Türkiyəyə məxsus şəxsi təyyarə İrəvana endi - Foto

Akopcanyan: Bu dəfə Bakı qəzəblənsə, Ermənistan xəritədən silinəcək - Video

İranın yeni kəşfiyyat rəisi Esmail Xatib: Kimdir və ondan nə gözləmək olar...

Rəşid Mahmudovun qardaşı oğlu intihar edib? - Açıqlama, Foto

Eldar Mahmudovun bandasının üzvü “Azərsu” da məxfi şöbəyə rəhbərlik edir

Ən çox oxunanalar