Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həbs edilən "Şah Kargo"nun rəhbəri büdcəyə neçə milyon ziyan vurub?

Əməliyyatla həbs edilən və ilkin olaraq 3 aylıq cəza alan "Şah Kargo"nun Azərbaycan nümayəndəliyinin rəhbəri Muxtar Məmmədovla bağlı yeni məlumatlar var. 

Bizimxeber.az-a daxil olan məlumata görə, ilkin araşdırmalar zamanı bəlli olub ki, Muxtar Məmmədov dövlət büdcəsinə 30-40 milyon manatdan artıq ziyan vurub.

Yəni ölkəyə gətirdiyi müxtəlif adlı yüklər ya bəyan edilməyib, ya az göstərilib, ya da ləgv olunmuş məhsul olaraq göstərilib. 

Belə ki, xarici ölkələrdən, əsasən Türkiyədən yükdaşımaları həyata keçirən monopolist şirkət olaraq tanınan "Şah Kargo"nun Muxtar Məmmədov adlı (hazırda həbsdədir) rəhbəri bu əməli əvvəlcədən əlbir olduğu DGK-nın sabiq sədri Səfər Mehdiyev, onun hazırda həbsdə olan müavini general Məsum Rəsulov və milyarder və gömrük monopolisti, həbsdə olan "Broker" MMC-nin rəhbəri Əbülfəz Məlikovla birlikdə tödərib. Bu şəxslər əməlləri ilə dövlət büdcəsinə milyard manatlarla ziyan vurublar və cinayət törədiblər. Hazırda Səfər Mehdiyevdən başqa hər 3 şəxs həbs olunub, istintaq gedir.

Daha bir müəmma isə şirkət rəhbərinin həbs olunmasına baxmayaraq "Şah Kargo" faliyyəti eyni istiqamətdə davam edir. Maraqlıdır ki, rəhbəri həbs olunan "Şah Kargo" necə fəaliyyət göstərir və bu işi kimlər həyata keçirir? Görünür, bu adamların  Gömrük Komitəsində hələ də böyük dayaqları qalmaqdadır.

Xatırladaq ki, həbslər ilk olaraq monopolist Kargo şirkətlərinin rəhbələrindən başlanıb və bu günə olan məlumata görə, ölkədə böyük yükdaşımaları həyata keçirən, "Şah Kargo"nun rəhbəri Müxtar Məmmədov həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin bir neçə maddələri ilə həbs qətimkan tədbiri seçilib. Daha bir neçə Kargo rəhbərinin həbs olunduğu bildirilsə də faktlar hələlik təsdiq olunmur. Hər halda bu gün "Şah Kargo", onun rəhbəri Muxtar Məmmədov həbsdədir və əməlləri, gördüyü "fəaliyyət" araşdırılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar